Paylaşıldığı tarix:

Biznes sahəsindəki hərkəsin izləməli olduğu 8 film

Bizneslə bağlı ən yaxşı 3 film

Uzun zamandır insanların film məsləhəti istədiklərini müşahidə edirəm . Bu yaxınlarda bir bizneslə bağlı filmlər film izləmişdim və çox bəyənmişdim. Düşündüm ki, biznes ilə maraqlanan şəxslər üçün önəmli filmləri siyahılaşdırım və paylaşım. 

 1. Bizneslə bağlı filmlər siyahımızda ilk film feodalizmdən kapitalizmə keçid dövrünü göz önündə canlandıran Züğürt Ağa filmidir. Filmdə kəndin ağası olan Züğürt Ağa kənddə vəziyyətin pisləşməsi və kəndlilərin onu aldatmasından bezərək torpaqlarını satıb şəhərə köçmək qərarı verir. Həyatını kənddə keçirmiş Züğürt ağanın şəhər həyatına öyrəşməsi isə asan olmur. Gülməli və acılı hekayələri ilə həyatda qalma mübarizəsi aparan və bütün pullarını xərcləyən Züğürt Ağa həyat yoldaşı tərəfindən tərk edilir və yanında sadəcə onu gizlicə sevən Kiraz qalır .  Filmi izləmək üçün klik edə bilərsiniz: https://kisal.io/yAYtUTrd

 2. Sizinlə bölüşmək istədiyim ikinci film The Socaial Network hər birinizin alüdəsi olduğunuz FacebookMark Zuckerberg haqqındadır. Proqramçı olan Mark 2003-cü ildə içkili olarkən Harvard Universitetinin sisteminə gizli yolla daxil olur. Sevgilisindən ayrılan Mark heyf çıxmaq üçün bütün qızların sistemdən şəkillərini yükləyir. Mark elə bir sayt yaradır ki, ekranın sağ və sol hissəsində qızların şəkilləri gəlir və istifadəçilər hansının gözəl olduğunu müəyyənləşdirir. Daha sonra Facebookun yaranma hekayəsi başlayır. Burada çox yazmıram məncə izləməlisiniz. Əziyyət çəkib axtarmamanız üçün link də qoyuram : https://kisal.io/FfSUBpzK

Biznes qurmaq üçün bəzən birbizneslə bağlı filmlər izləmək kifayət edir.

3. Sizin üçün maraqlı bir serial da tapmışam. Startup.com 10 seriyadan ibarətdir. Düzü hələ özüm də izləməmişəm 😞. Filmdə Phil Rask adında bir FBİ agenti illərlə cinayətkar Andy Talmanı həbs etməyə çalışır, amma bu elə də asan olmur. Phil sonda bezir və Andy-ə bir təklif edir. Daha çox problemdən qorxan Andy təklifi qəbul etmir. Maliyyəçi olan oğluna pulu saxlamaqda güvənir və oğluna təklif edir, amma münasibətləri yaxşı olmadığından oğlu təklifi qəbul etmir.. Sonra bir proqram hazırlanır, Nick bunu bəyənir və atasının pulunu istifadə edərək proqramı aktivləşdirmək qərarı alır. Bundan sonra Startup və cinayət bir-biri ilə maraqlı anlar yaşadır.

Bu filmi də linkə daxil olub izləmək mümkündür https://kisal.io/oyKMmH6V

4. Thank You for Smoking filmində baş rolda oynayan Nick Naylor böyük bir siqaret şirkətində çalışır. Siqaretin zərərləri isə hərkəsə – hətta istifadə edənlərə də məlumdur. Siqaretin bu pis imicini yüksəltməyə çalışan Nick səhiyyə təşkilatları və amansız bir senatorla qarşı-qarşıya qalır. Bunlardan qorxmayan Nick oğlunun ona qarşı fikrinin dəyişməsini gördükdə mübarizəsi qırılır.

Filmin linki : https://kisal.io/oJLrK65R

5. Wall Street Filmini izlədikdən sonra pulun önəmi sizin üçün arta bilər. Bu film baş vermiş bir hekayə haqqındadır. Jordan Belfort 24 yaşında gənc və ambisiyalı bir insandır. Pul qazanmaq üçün ilk öncə Wall Street-də işə başlayır. Daha sonra Stratton Oakmont şirkətini qurur və işçilər toplayır. Belfort qısa zamanda çoxlu pulu olan və bu pulları dağıdaraq xərcləyən birinə çevrilir. Daha sonra iflas uzaqda olmur. Filmin linki : https://kisal.io/GGYLAPqc

6. Steve Jobs Bill Gates haqqında hələ də kitab oxumayıb , film izləməmisinizsə, Pirates of Silicon Valley filmi tam sizin üçündür. Texnologiya yaradıcılarının bioqrafiya filmi sizin üçün maraqlı ola bilər. Bu filmin türkcə yalnız alt yazı ilə olan versiyasını tapa bildim. Təbii ki, bütün filmləri siz digər dillərdə də tapıb izləyə bilərsiniz. Filmi izləmək üçün link https://kisal.io/Wa3WXerG

Kitab oxumaq və film izləmək 60% dan çox biznesmenin həyat tərzidir

7. Moneyball filmində baş rolda Billy Beane və o, Oakland A adlı Beysball komandasının başında olan şəxsdir. O, sıfırdan yaratdığı komanda ilə güclü komandalara meydan oxuyur. Öz tərzi və düşüncələri ilə indiyə kimi mövcud olan bütün fikirləri alt-üst edir. Etdikləri hamı tərəfindən dəlilik kimi görünsə də o özünə olan inamını itirmir.

Qalanı filmdə – https://kisal.io/TeZYRLYk

8. Flash of Genius filmi də həyatda baş vermiş real hadisələr əsasında çəkilmişdir. Hekayə avtomobil istehsalçılarının yağışlar zamanı avtomobil istifadə edilməməsi problemini həll etmək üçün həll axtarmasından başlayır. Bu həll yolu Robert Kearnsın tapdığı şüşəsilənlərdir. Bütün fikirləri Kearnsdan aldıqdan sonra onu qovanlarla Robertin haqqını almaq üçün mübarizəsi davam edir. Bu filmi izləmək üçün –  https://kisal.io/EGQk82VK

Biznes qurmaq üçün onlayn biznes ideyaları axtarırsınızsa elə indi daxil olun və oxuyun. Ümid edirəm filmləri bəyənərsiz və bu yazım sizin üçün faydalı olar.

avatar
7 Rəy yazanlar
Orxan SalmanovAliMikail YusifƏkrəmAdmin Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
Mehdi
Qonaq
Mehdi

Çox faydalı filmlər var, 3-4-ünü izləmişəm, geri qalanını da izləyəcəm, təşəkkürlər, qardaş💙

Türkan
Qonaq
Türkan

Möhtəşəm 💚

Nazrin
Qonaq
Nazrin

Bu filmlərdən 2si ni izləmişəm. Digərlərinidə izləməyə başlayacam. Çox gözəl yazmısız👍. Ardını gözlüyürəm

Əkrəm
Qonaq
Əkrəm

Bəzilərini izləmişəm.Obrisiləridə izləyəcəm.Eladır.Təşəkürlər.

Mikail Yusif
Qonaq
Mikail Yusif

Blogunuza baxdım çox bəyəndim
Maraqlı filmlərdir hamısı.Minnətdaram marifləndirdiyiniz üçün

Ali
Qonaq
Ali

The Founder filmi də əlavə edilə bilər.Uğurlar )