Paylaşıldığı tarix:

Bloger, Vloger, Youtuber kimdir? nə işlə məşğuldur? necə pul qazanır?

bloger nədir vloger nədir

Bloger, youtuber, vloger kimi peşələr yəqin eşitmisiniz. Bir neçə il əvvəl bizlərə kimsə peşəsini soruşduğumuzda bloger, vloger, youtuber desəydi yəqin ki, qəribə şəkildə reaksiya verərdik və anlamazdıq. Ancaq sosial şəbəkələrin və rəqəmsal dünyanın inkişafı nəticəsində artıq bir çoxumuz bu ifadələri eşitmişik. Əslində günümüzdə də bu peşə haqqında məlumatı olmayan insanlar var. Bu gün bu peşələr haqqında biraz məlumat verməyə çalışacam.

Bloq –  müəyyən mövzu haqqında məlumatverici və ya öyrədici yazılar və fərqli formada ola biləcək məzmunlar toplusudur. Bloq vebsayt və ya sosial media səhifələri halında ola bilər. Bloqda adətən bloqerlər yeni yazılar yazır və oxuyucuları ilə mütamadi paylaşımlar edirlər.

Bloq ifadəsi ilk dəfə Jorn Barger tərəfindən 1997-ci ildə “weblog” kimi istifadə edilmişdir. O şəxsi webloqundan və qəzetlərdən istifadə edirdi. Bu ifadə 1999-cu ildə Peter Merholz tərəfindən qısaldılaraq bloq halında günümüzdəki məşhurluğuna doğru bir yol keçmişdir.

Son dövrlərdə influnser marketinqdə bloqların və bloqerlərin də istifadə olunması bu sahənin məşhur olması səbəblərindən biridir. Həmçinin bloqların insanlara məlumat verdiyini nəzərə alsaq insanların özlərinə faydalı və maraqlı bloqları izləmək və oxumaqdan zövq aldığını deyə bilərik.

Bloger

Bu bloqları yazan şəxs adətən öz ixtisaslaşdığı sahə haqqında bu sahəyə yeni gələn və ya həmkarları üçün faydalı məzmunlar yaratmağa çalışır. Bu məzmunları yaradan şəxslərə isə bloger deyilir.

Bloger müəyyən kütlə tərəfindən mütəxəssis kimi tanınır, bir yolgöstərən və ya məsləhət alınan bir şəxs kimi müəyyən mövqeyə sahib olur. Bloger öz gələcək bloq strategiyasını qurmaq üçün oxuyucularından aldığı yeni informasiyalardan faydalana bilər. Bundan əlavə öz bloqunda bir çox məhsulları daxildə reklam edə bilər. Təbii ki, çalışmalıdır reklam etdiyi məhsullar izləyiciləri üçün faydalı olsun. Blogerin əksər qazancı da elə reklam etdiyi məhsullardan olur. Ancaq bloqla məşğul olan insanlardan bu işi hobbi kimi görənlər də var. Hər bloger bu sahədən pul qazanmaq məcburiyyətində deyil. Həmçinin bloger affiliate marketinqdən də pul qazana bilər. Bu sahə ölkəmizdə hazırda inkişaf etməsə də yəqin ki, yaxın zamanlarda öz inkişafını göstərəcəkdir.

Vlogger Kimdir ?

Vlogger sözünü yəqin ki, eşitmisiniz. Əslində vlogger “Video-logger” sözlərinin qısaldılmış formasıdır. “Video-logger”  sözü isə video yaradan insan anlamına gəlir. Vlogger’lər əslində Blogger’lar ile eynı işi görürlər sadəcə məzmunlarını yazmaq əvəzinə, kamera qarşısına keçib video çəkirlər.

Vloggerlər daha çox günlük konseptli məzmun yaradırlar. Bir gün ərzində nələr etdiyini və ya xüsusi bir mövzunu video çəkməklə izah edərlər. Bu sahənin yarandıqdan qısa zaman ərzində vlogger bir peşəyə çevrildi. Bu peşənin çox yaxınında youtuberlik durur.

Hazırda en popüler Vloggerlərin ünvanları youtubedur. Youtube dünyanın ən böyük video saytıdır. Youtube Google tərəfindən satın alındıqdan sonra reklamlardan qazandığı pulları istifadəçiləri ilə bölüşməyə qərar verdi. Youtube Adsense ilə birlikdə işləyərək qazancının bir hissəsini Youtube’ın məzmun yaradıcıları ilə paylaşmaq qərarı aldı. Bunun nəticəsində isə Youtuberlik peşəsi yaranmaya başladı. Əvvəllər bəzi Youtuberlər bunu əlavə gəlir olaraq qəbul edirdilər. Ancaq daha sonra bir çoxu diqqətlərini bura ayırıb daha peşəkar şəkildə bu işlə məşğul olmağa başladılar. Bu səbəbdən artıq bu platforma bir çox şəxslər üçün əlavə gəlir mənbəyi olmaqdan çıxıb əsas işə çevrilib. Youtuberlər qazanclarını sadəcə Youtubedan qazanmır. Sponsorlardan da xüsusi məzmunlar, markaların tanınması, məhsulların yerləşdirilməsindən və s gəlir əldə edirlər. Son zamanlarda da şirkətlərin Youtuberlər ilə məzmun yaratması olduqca adi bir hala çevrilib və buna çox rast gələ bilərik.

Youtube-da bir e-mail adresi ilə qeydiyyatdan keçən hərkəs bir kanal aça bilər, bunun üçün hər hansı bir müraciət və ya ödəniş edilməsinə ehtiyac yoxdur. Kanalınızı ve yaratdığınız məzmunları bəyənərək kanalınızı izləməyə başlayan şəxslərə abonə deyilir. Hər bir youtube kanalı yaradıldıqda 0 abünə ilə başlayır. Abunələrinizin sayının artması sizin istehsal etdiyiniz məzmundan asılıdır və nə qədər çox olarsa videolarınıza bir o qədər çox baxış ala bilərsiniz.

Youtube ilə paralel olaraq “İnstagram”, “Tik-tok” kimi video platformalar da var.

Oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm yazı sizin üçün faydalı oldu. Yazını dostlarınızla paylaşa yazı haqqında fikirlərinizi və növbəti istədiyiniz mövzuları rəy bölməsində qeyd edə bilərsiniz.

avatar
  Abunə ol  
Bildirişlərə