Paylaşıldığı tarix:

Doğru bildiyimiz yanlışlar. Günlük sadə məsləhətlər

Gündəlik həyatımızda heç fikir vermədən həyatımızın bir parçasına çevrilmiş qaydalar vardır. Bu qaydalara riayət edirik və bəlkədə bunlar bizə zərərli olur. Bunların bəzilərini sizinlə bölüşmək istədim.

Birşey ucuzdursa keyfiyyetsizdi.

Adətən alış-veriş edərkən bunu demək olar ki, hər birimiz edirik. Hətta alsaq belə ürəyimizdə bir şübhə qalır ki, “Görəsən niyə ucuz idi?”. Əslində bütün detalları yoxlasaq bir məhsulun ucuz olmasının keyfiyyətinə təsir etmədiyini görərik. Məsələn son istifadə tarixinə baxırıq, məhsulun mümkün keyfiyyətini yoxlayırıq və s. Beləliklə qənaət etmiş olarıq. Düşünürəm ki, insanlar bu düşüncəyə görə hər il nə qədər artıq pul xərcləyirlər. Brendlərin sırf adlarına verilən milyonlar var.

Od olmasa tüstü çıxmaz.

Düşünün ki, kimsə haqqında mənfi fikir eşidirsiniz və bu fikrin düz olub-olmamasını yalnız bir ifadə ilə qərar verirsiniz. Od olmasa tüstü çıxmaz. Amma hər birimiz belə tüstüləri çox yaxşı görmüşük əslində. Dəfələrlə olub ki, şirkətlərə qarşı qara PR kampaniyalarının şahidi olmuşuq. Dəfələrlə insanların sonradan günahsız olduqlarının fərqinə varmışıq. Ancaq bu düşüncədən dəyişməmiş olma ehtimalımız var. Unutmayın, od olmayanda da tüstü çıxarmaq gücünə malik insanlar var.

Biz inkişaf etməyəcəyik.

İstənilən mövzuda bir yoldaşla söhbət etdikdə bu sözü eşidə bilərik. Siyasət, iqtisadiyyat, təhsil kimi mövzulardan danışırsız və aldığınız cavab onsuz da düzələn deyil olur. Siz planlar qurur addımlar atırsınız və insanlar düşünür ki, bu planlar mənasızdır. Belə olduğu halda siz də mənfi düşüncəyə inanıb yaxşı olmayacağını düşünə bilərsiniz. Amma demək istəyirəm ki, yaxşı olması üçün nələrisə dəyişmək lazımdır. Birinci bu düşüncədən başlayaq. Hər şey yaxşı olacaq – sayəndə.

Bacarmıram.

Əslində insan hər şeyi bacarmaq məcburiyyətində deyil. Ancaq bir şeyi bacarıb və bacarmadığımı bilmək üçün yoxlamaq lazımdır. Belə bir ifadə var ki, “Bilmirəm can qurtarandır”. Biz də bu ifadənin real olduğunu görürik. Nəyisə yoxlamadan bilmirəm, bacarmaram deməsək əslində çox şey bacardığımızın şahidi ola bilərik. Yoxlayın, bacarmasaz itirəcəyiniz birşey olmur. Ən pis halda yoxlayıb bacarmadığınıza əmin olacaqsınız.

Nəzəriyyə boş şeydir əsas praktikadır.

Yəqin ki, bunu ən azı bir dəfə eşitmisiniz. İnsanlar düşünürlər ki, nəzəriyyə lazımsızdır və bir işin ən yaxşısını görmək üçün praktiki olaraq etmək lazımdır. Ümumilikdə mən isə düşünürəm nəzəriyyələr elə praktikadan əmələ gəlir və praktikaların ən faydalı biliklərini bir araya toplayır. Təbii ki, bəzi sahələrdə əsassız ola və hər hansı nəzəriyyə bilməyən şəxslər uğurlu ola bilər. Bu əslində mənim müşahidələrimə əsasən həmin şəxslərin nəzəriyyəni bildiklərini bilmədiklərindən alınan vəziyyətdir. Bazarda məhsulun satılması üçün qışqıran şəxsin reklamdan və marketinqdən anlamaması kimi. Bu səbəbdən də düşünürəm ki, nəzəriyyə bir çox sahədə vacibdir və öyrənildikdə faydasını verir.

Böyüklər çox bilir.

 İstər yaş olsun, istərsə də vəzifə olsun bu düşüncə ilə heç vaxt razılaşmamışam. Əslində adətən bu hal müşahidə oluna bilər. Ancaq bu göstəricini ümumi olaraq qəbul etmirəm. Ola bilər ki, bir gənc şəxs özündən yaşda böyük bir şəxsdən nəyisə düz görsün və vəziyyəti düzgün qiymətləndirsin. Eyni şəkildə bir şirkətdə hansısa mütəxəssis departament rəhbərindən həm çox bilə bilər, həm də hansısa məsələdə haqlı ola bilər. Ümumilikdə məncə bu hal situasiyaya görə qiymətləndirilməlidir.

Qanunlar pozulmaq üçün yazılıb.

Əslində bu insanların fərqli maraqlar axtarması nəticəsində baş verir. Necə ola bilər ki, maşınların yolun sağı ilə hərəkət etməsini təmin edən qayda pozmaq üçün yaransın. Axı bu qayda pozulsa baş verəcək hadisə heç də xoş olmayacaq. Əslində bütün qaydalar pozulduqda fəsadlar olur. Sadəcə bu fəsadları həmişə hiss etmək mümkün olmur. Ola bilər ki, qaydanı pozarkən öyrəndiyiniz nəsə qaydanı pozmaqdan gələn zərərdən daha az olsun.

Oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm faydalı olar. Növbəti bloq yazılarında görüşmək ümidi ilə.

avatar
4 Rəy yazanlar
Orxan SalmanovZarifaGülnarMikail Yusif Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
Mikail Yusif
Qonaq
Mikail Yusif

👏👏təqdirəlayiq

Gülnar
Qonaq
Gülnar

Çox gözəl

Zarifa
Qonaq
Zarifa

Çox maraqlı mövzuya toxunmusan. Demək olar ki, hər bir fikrinlə razıyam amma toxunmaq istədiyim momentlər var. Əgər iki məhsulda brand deyilsə və biri daha ucuz biri daha bahalıdırsa həmişə yox amma adətən daha bahalı olan daha keyfiyyətli olur deyə düşünürəm. Bizim ölkədə bəzi təhsil müəssisələrində nəzəriyyə praktikadan tamamilə ayrılmiş formada keçilir. Yəni nəyi necə etmək olar nəzəriyyə formasında öyrədilməkdənsə sadecə məlumat xarakterli nəzəriyyələrlə kifayətlənilir. Məsələn, bir həkimlikdə oxuyan tələbəyə dərmanı necə hazırlamağı öyrətməkdənsə dərmanların adı və təsirləri öyrədilir. Ona görə ölkəmizdə nəzəriyyəyə qarşı haqlı bir önyarqı var. Amma nəyi necə etməyi öyrənmək üçün təbii ki, nəzəriyyə adlandırılan bir aparıcı qüvvəyə… Daha çox oxu »