Paylaşıldığı tarix:

Freelance – nədir? Freelancer kimi işləməyin müsbət və mənfi tərəfləri

Freelance nədir Freelance iş

Freelance ingilis dilindən hərfi tərcümədə “müstəqil döyüşçü” deməkdir. Freelance – sərbəst iş, freelancer – sərbəst işləyən kimi işlədilir. Əksər insanların düşündüyündən fərqli olaraq freelance yeyib-yatmaq deyil. Ay sonunda maaş verən biri olmamasından əlavə başının üstündə durub nəyi necə edəcəyinə qarışan biri də yoxdur.

Evdə fərqli əl işləri görənlər, bloq yazanlar freelancerə misal olaraq göstərilə bilər. Həmçinin, bir şirkətin komandası daxilində olan, ancaq şirkətə aid işləri evdən görən “home office” işçiləri də vardır. Evdə işləyənlərin büyük bir hissəsi freelance işləyənlərdir. Ancaq home office işləyən ilə freelance işləmək eyni anlama gəlmir. 

Xüsusilə, qrafik dizaynerlər, tərcüməçilər, proqramçılar, fotoqraflar və bu kimi sahələrdə çalışanlar daha çox freelance işlər görür. Freelance işləyən şəxs qazancını maaşla deyil, gördüyü iş üzərindən qiymətləndirir və ya zaman qarşılığı ilə hesablayır. Çalışma saatları da şəxsin istəyinə görə dəyişir. Freelancer, sadəcə işi sifariş edənin işini görməkdə məsuliyyət daşıyır. Freelancer ilə işləmək bəzi şirkətlərin müddətlik olaraq seçdiyi bir yoldur. İşlər yükləndiyində, çox peşəkar işə ehtiyac olduğunda və ya komandada bu işi görəcək şəxs olmadığında freelancer ilə iş razılaşdırılır. Freelance işləyən şəxs daha sürətli ve problemsiz işləyə bilər ki, bu şirkət üçün çox müsbət və önəmli rol oynayır.

Freelance işləyən şəxs şirkətin maaşlı işçilərinə nisbətən daha müstəqildir. Məsələn, işçi maaş gecikdikdə şirkətdən asılı qaldığı halda freelancer başqa bir şirkətlə işləyib qazancı üçün çalışacaqdır. Bu baxımdan qərar vermək və seçimlilik baxımından freelancer kimi çalışanlar daha çox imkana malik olur.

Freelance işləmə ən rahat çalışma metodu olaraq qəbul edilir. Freelance işçilər öz planlarını özləri yarada və iş saatlarını ən səmərəli  işlədikləri vaxtlara planlaşdıra bilirlər. Tək işlədikləri üçün ofis şəraitindəki kimi diqqət dağıdacaq şeylərdən asılı olmur, harada rahatdırsa orada işləyirlər. Daha stressiz və təzyiq hiss etmədiyi mühitdə işlədiklərinə görə səmərəlilikləri də artır.

Freelance işləməyin müsbət tərəfləri:

Freelancer əgər əlaqə kanallarını doğru istifadə edərsə bir çox avantaj əldə edər.

✅ Freelance işləyən şəxs sadəcə gördüyü işlə bağlı pul qazandığı üçün maaşla işləyənlərə nisbətən daha müstəqil bir iş imkanına sahibdir.

✅ İşin miqdarı və seçimi öz iradəsi daxilində olduğuna görə kiməsə hesab vermək məcburiyyəti yoxdur.

✅ İş saatları öz istəyinə görə müəyyənləşdiyi üçün başqalarının təsiri də maaşla işləyən işçiyə nisbətən azdı.

✅ Başqa tərəfdən, bir iş yerinə bağlı olmadığı üçün daha vəzifəli  işçi və müdirlərin təsirindən də uzaqdadır.

✅ Tənbəllik etmək və dayanmadan işləmək seçimləri hər zaman öz əlindədir. (Çox vaxt normal bir maaşlı işçiyə nisbətən daha çox işləyirlər).

✅ Ofis şəraitinə nisbətən daha rahat bir şəraitdə işləməsi.

✅ İş saatlarını freelancerlərin özlərinin müəyyənləşdirməsi.  İlk öncə freelance işləyirsinizsə, günlük iş saatınızı siz özünüz müəyyən edirsiniz. Səhər 9-da ya 10-da işə başlasanız sizə “işə niyə gecikmisən” deyib danlayacaq biri yoxdur. Ümumiyyətlə,  layihə və iş əsaslı işlədiyiniz üçün işi vaxtında çatdırmağınız kifayətdir. Yəni, bir gün tətil edib səhəri gün 14 saat işləyərək də işi təhvil verə bilərsiniz. Məkana bağlı deyilsiniz. Bir gün evinizdə, digər gün isə kafedə axşama qədər işləyə bilərsiniz. Vaxtında bitirmək şərti ilə eyni zamanda bir neçə işi görə bilərsiniz.

Yola vaxt itirmirlər. Bakı kimi tıxac olan bir şəhərdə yola gedən vaxtınızı boş yerə itirməzsiniz. Sırf yolda keçirdiyiniz günlük vaxtınızı  ailənizlə keçirə bilərsiniz.

İşçilər heç bir məhdudiyyət olmadan istədikləri işləri götürə bilirlər.

Freelance işləməyin mənfi cəhətləri:

Freelance işləmək müstəqillik baxımından gözəl səslənsə də mənfi tərəfləri də vardır.

Ən böyük mənfi cəhətlərdən biri freelance işçilər üçün iş davamlılığı yoxdur. Əlində iş olmadığı zaman işi özü tapmalı və satış etmək kimi problemləri də özü düşünməlidir. Buna görə davamlı bir gəlir qarantiyası yoxdur. Bəzi zamanlarda işlər çox ola, bəzi zamanlarda isə günlərcə, aylarca pul qazana bilməyə bilər.

Digər mənfi tərəfi isə əməyinin qarşılığını alarkən yaşaya biləcəyi problemlərdir. Əgər freelance işləyən işçi işini müqavilə ilə qarantiya altına almayıbsa, pulunu almaqda böyük problemlər yaşaya bilər. Freelance işçilərin çoxu mövcud sistemdəki haqqlarını tam olaraq bilmirlər. Buna görə bəzən freelance işçilərin əməyinin qarşılığı ödənmir.

Freelancer kimi çalışdıqda əmək haqqı məbləğiniz daha az olur.

Davamlı və həmişəlik bəlli bir gəlir əldə etmə imkanınız hər zaman olmaya bilər. Bu səbəbdən maddi sıxıntı yaşamaq ehtimalınız var.

Ofis ortamından çox daha rahat vəziyyət olması səbəbindən  rahatlığa aldanıb işləri çatdırmaqda çətinlik çəkə bilərsiniz.

Evinizdə ofisdəki iş şəraiti olmaya bilər. Rahat kreslo, işıqlı otaq, səssizlik, sürətli komputer, yaxşı internet, kömək istəyəcəyiniz iş yoldaşı və ofis ləvazimatları hər evdə olmadığından problem yaşaya bilərsiniz.

İşlərin qarantiyası yoxdur. İşin yarısında heç bir ödəmə etmədən işdən imtina etdik deyilə bilər. Buna görə fərdi sahibkar kimi vöeniniz varsa, mütləq bir müqavilə imzalamanız xeyrinizə olacaqdır.

Öz işinizin müdiri olsanız da, eyni zamanda katibəsi, mühasibi, marketoloqu da olmuş olursunuz.

Freelancerlərə məsləhətlər.

Aylarla iş tapmadığınız günlər ola bilər. Buna görə hər zaman bir ehtiyat planınız və kənarda pulunuz olsun.

İş disiplininiz və daxili məsuliyyətininizin az olması səbəbindən işləri çatdırmaqda və bitirməkdə problem yaşayırsınızsa, bir dostunuzla razılaşıb bir-birinizin sona çatdırmalı olduğunuz işlərə nəzarət edə bilərsiniz

Freelance işləyənlərin vergi və hüquq məsələləri.

Freelance işləyənlər üçün vergi ödəmədən işləmə imkanı olduğu kimi, həmçinin sadə şəkildə vergi ödəyicisi də ola bilərlər. Bu, təbii ki, onların daha rəsmi işləməsi və müqavilələr ilə daha etibarlı olması üçün vacibdir. Gördüyü işə aid müqavilə imzalaması freelancer üçün ən güclü müdafiə üsuludu. İmzalanmış müqavilə ilə hər zaman freelancer öz hüquqlarını qoruya bilər. Müqaviləsiz isə bu nisbətən çətin olur. Hər iki halda çalışın mail, mesaj və s. ilə əlinizdə əlavə sübutlar olsun.

avatar
1 Rəy yazanlar
Sayyara Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
Sayyara
Qonaq
Sayyara

Bu qəşəng idi 😄👏🏻