Mən Orxan Salmanov 4 ildən artıqdır ki, Marketinq sahəsində çalışıram. Təcrübəm müddətində fərqli sahələrdə Marketinq mütəxəssisi, Layihə meneceri, Rəqəmsal marketinq mütəxəssisi, Marketinq meneceri kimi vəzifələrdə çalışmışam. Çalışdığım şirkətlərdə bir çox layihələr həyata keçirərək şirkətin tanınması və gəlirlərin artırılmasına nail olmuşam.

İnk academy təhsil mərkəzinin şirkətinin təsisçisiyəm. Şirkətimiz fərdi və korporativ şəkildə ingilis rus dili öyrənmək istəyənlərə bu xarici dillərin tədrisi ilə məşğul olur.

Bu təcrübələrimdən əlavə 10 dan çox şirkətə marketinq konsultasiya və biznes konsultasiyalar vermişəm. Bu konsultasiyaların nəticəsində şirkətlərin inkişafına nail olmuşuq. Həmçinin hazırda bizneslə məşğulam. Aktiv olaraq ink academy təhsil mərkəzi fəaliyyət göstərir. Həmçinin bu fəaliyyətlərimdən əlavə boş zamanlarımda şəxsi bloqum orxansalmanov.com saytında Marketinq, biznes, rəqəmsal marketinq sahələrinə aid məqalələr paylaşıram. Bununla da kifayətlənməyib, gələcəyini biznesdə və marketinq sahəsində görən şəxslərə özəl dərslər verirəm. Tədris proqramı əsasən biznes, marketinq, rəqəmsal marketinq, satış kimi hissələrdən ibarətdir.

Tədris etdiyim SMM kursu haqqında ətraflı məlumat

Tanışlığımıza məmnun oldum. Bir birimizi daha yaxından tanımaq və ya dərslər, konsultasiyadan yararlanmaq, həmçinin təklifləriniz üçün mənə yaza bilərsiniz.

Mənimlə əlaqəyə keç:

Telefon: +994507195662

Facebook

Linkedin

İnstagram