Paylaşıldığı tarix:

İnflunser marketinq nədir ?

İnflunser marketinq nədir - İnflunser marketinq nedir

İnflunser marketinq kampaniyaları, influnserlərin növləri və influnser marketinqin üstünlükləri

Dövrümüzdə influnser marketinq tez-tez istifadə olunan marketinq üsulları sırasındadır. Bu istiqamətdə baş tutmuş uğurlu və uğursuz bir xeyli kampaniyalar həyata keçirilmişdir. “İnflunser kimdir?” və “İnflunser marketinq kampaniyalarını necə daha effektiv idarə edə bilərik?” kimi sualları bu bloq yazımda öz düşüncələrimlə cavablandıracam. 

İnflunser bəlli bir kütləyə öz seçimi və fikirləri ilə təsir edə bilən şəxslərdir. Həmin insanın hansısa markadan istifadə etməyi məsləhət görməsi və ya hansısa markadan özünün istifadə etdiyini sizə nümayiş etdirməsi influnser marketinq adlanır. Adətən həmin şəxslər bunun qarşılığında nəvacib alırlar. Bundan başqa influnser marketinqin ölkəmizdə geniş yayılan yollarından biri səhifələr və saytların bu üsuldan istifadə etməsidir. Müəyyən qədər izləyici kütləsini bir araya toplamış səhifələr bəlli bir ödəniş qarşılığında marka haqqında paylaşım edirlər. 

  1. Meqa influnserlər: Meqa influnserlər hamının tanıdığı məşhur şəxslərdir. Bu şəxslər adətən müğənnilər, modellər, idmançılar, aktyorlar və s olur. Bu şəxslərlə əməkdaşlıq lüks məhsul təsiri bağışlaya bilir və həmin influnserlərin fanlarına birbaşa təsir etmiş olursunuz. Adətən yüksək ödəniş qarşılığında hansısa marka ilə əməkdaşlıq etdiklərindən yalnız böyük şirkətlər bu şəxslərlə əməkdaşlıq edə bilirlər. 
  1. Makro influnserlər: Makro influnserlər adətən meqa səviyyəyə çata bilməyən influnserlərdir. İzləyici kütlələri 40.000-50.000-dən yuxarı olur. Yeni tanınmağa başlayan şəxslər, bloqerlər və hansısa sahədə tanınan isimlər bu bölməyə daxildirlər. Meqa influnserlərə nisbətən maliyyə tərəfdən daha sərfəlidirlər. Həmçinin mikro influnserlərə nisbətən bu sahədə artıq təcrübələri mövcuddur və məhsulları düzgün təqdim etməyi yaxşı bacarırlar. 
  1. Mikro influnserlər: Adətən sosial şəbəkələrdə məşhur olan bu hissənin kütləsi 5.000-40.000 arası dəyişir. Bu şəxslər bəlli bir kütləyə xitab etdiklərindən onların təsir gücləri adətən yüksək olur. Makro ve Meqa influnserlərə nisbətən maddi cəhətdən də sərfəli olan bu cür influnserlər ilə işləmək daha sərfəli olur. Adətən bu şəxslər niş kütləyə xitab edirlər.
  1. Nano influnserlər: 5000 civarı izləyiciləri olan bu şəxslərin izləyiciləri adətən qohum və dostları olur. Elə bu səbəbdən də təsir gücləri xeyli yüksəkdir. Adətən bu növ influnserlərlə kampaniya zamanı eyni zamanda bir çox influnserlə əməkdaşlıq edilir.
İnflunser marketinq, İnflunser marketinqin növləri, İnflunser marketinqin üstünlükləri

İnflunserlə əməkdaşlıq necə olmalıdır ?

İlk addım influnserin araşdırılmasıdır. İnflunser marketinq kampaniyaları zamanı bu amilə xüsusi önəm verilməlidir. Daha əvvəl hansı markalarla işləyib, əməkdaşlıq etdiyi markalar sırasında sizin rəqibiniz olub, yoxsa yox? Bütün bunlar öyrənildikdən sonra təklif göndərilməli, tərəflər arasında müqavilə imzalanmalı və şərtlər müəyyənləşdirilməlidir. Təbii ki, bu şərtlər ortaq olaraq razılaşdırılmalıdır.

Düzgün influnser seçimi:

İnflunser marketinq kampaniyasının ən önəmli hissələrindən biri düzgün influnser seçməkdir. Elə şəxs seçməlisiniz ki, daha əvvəl pis xatirələrlə xatırlanmasın, gələcəkdə insanlar tərəfindən mənfi reaksiya almaq ehtimalı az olsun, markanızın imicinə müsbətyönümlü təsir etsin. Sizin istifadəçi kütlənizə uyğun şəxs olmuş olsun. Məsələn: Kampanya Səyahət şirkəti üçündürsə, bu sahə ilə əlaqəli və tez-tez səyahət edən biri, fitnes zalı üçündürsə, idman edən görünüşdə və idmanı, sağlam həyat tərzini sevən biri olmalıdır. 

Niyə influnser marketinq?

İnflunser marketinqin ən əsas üstünlüklərindən biri insanların alış zamanı ən önəm verdiyi amillərdən biri olan güvən amilini qazanmaqdır. Adətən alıcılar məhsul istifadə edərkən kimlərinsə məsləhətlərinə çox önəm verirlər. Məhsulun reklamını görməkdənsə alıcı kimdənsə məsləhətli olduğunu eşitmiş və görmüş olur. Bu şəxslər də inam bəslədiyi insanlardırsa satışınız artacaq deməkdir.

Oxuduğunuz üçün təşəkkürlər.

avatar
  Abunə ol  
Bildirişlərə