Paylaşıldığı tarix:

Kafe və restoranlara müştəri cəlb etmək üçün 10 marketinq addımı

Kafe ve restorana müştəri cəlb etmək

Kafe və restoran sahəsi karantin dövründə ən çox zərər çəkən sahələrdən biri idi. Bu sahədə bildiyim bəzi marketinq addımlarını sizinlə bölüşəcəm. Ümid edirəm karantindən zərər çəkmiş kiçik sahibkarlara faydam toxunar. Sizlər də bu addımlarıı ataraq müştərilərinizin artmasına nail ola bilərsiniz.

Restoranınızın dizaynı və yeməklərin möhtəşəm şəkillərini çəkib izləyicilərinizlə paylaşın.

İnsanların restoranlara getmək səbəblərinin ən başında duranı yeməklərdir. Nəticədə böyük bir qism insanlar restoranlara ləzzətli yeməklərin dadına baxmaq üçün gedirlər. Bu səbəbdən menyunuzdakı yeməklərin həqiqi mənada görənlərdə istək yaradacaq şəkillərini çəkməlisiniz. Bu şəkillərin peşəkar olması və diqqətlə çəkilməsi çox önəmlidir. Bu səbəbdən də bu işi bir food fotoqrafla birlikdə etsəniz heç də pis olmaz. Çəkilən şəkilləri sosial şəbəkə və vebsaytınızda paylaşın. Təkcə yemək şəkilləri ilə kifayətlənməyin və dizaynınızın gözəlliyini kafenizin rahatlığını da müştəriyə çatdırmağı unutmayın. Heçkəs narahat əyləşib yemək istəməz. Bu səbəbdən ən xoş dizaynlarınızı sizi izləyənlərlə paylaşın.

Yaxşı bir saytınız olsun.

Menyunuzu rəqəmsal şəkildə müştərilərə çatdıra biləcəyiniz bir sayt yaradın. Bu sayt elə olmalıdır ki, daxil olan hər kəs restoranınıza baş çəkmək istəsin. Sayt hazırladarkən nəzərə alın ki, istifadəçilərin əksəriyyəti mobil telefonlarla daxil olur və siz saytınızı mobil responsiv edin ki müştəriləriniz əziyyət çəkməsin. Sadə və istifadəsi asan olsun.  Saytınızda menyunuz, əlaqə vasitələriniz, ünvanınız və iş saatlarınızın açıq qeyd olunması yaxşı olar.

Operativ şəkillər üçün mətbəxdə telefon saxlayın.

Şəkillər haqqında danışmışkən deyim ki, restoran olaraq daimi fotoqraf saxlamaq baha başa gəlir. Həmçinin bütün şəkillərin möhtəşəm keyfiyyətli olmasına ehtiyac yoxdur. Buna baxmayaraq gündəlik şəkillər paylaşıb bir neçə kanal vasitəsilə müştəriləriniz ilə paylaşa bilərsiniz. Bu şəkillər əsasən hekayələr üçün çox uyğundur və müştəriləri hərəkətə gətirəcək şəkillər olmalıdır. Məsələn xüsusi günlük endirimdə olan məhsullar və s bu şəkildə story yerləşdirilə bilər.

Video məzmun yaradın.

Şəkillərlə kifayətlənməyib videolar da hazırlamaq sizin üçün yaxşı seçimdir. Yeməklərin hazırlanması, servisi zamanı çəkilən videolar izləyənlərdə istək yarada və onları sizin müştərinizə çevrilməsinə gətirib çıxara bilər. Bu videolar vasitəsilə müştəriləriniz ilə aranızda bağ yaratmağa da kömək edəcək. İnsanlar hər il yüzlərlə yemək verlişləri izləyirlər.

Canlı musiqi təşkil edin.

Çox adam axşam yeməyində həzn musiqi dinləməyi sevir. Restoranınızda davamlı olaraq canlı musiqi proqramlarının olmağı insanları restoranınıza gətirməyə təsir edə bilər. Bundan əlavə olaraq canlı musiqinin olmadığı zamanlarda da musiqi qoşun və bu mahnıların insanların zövqünü oxşayacaq mahnılar olmasına diqqət edin.

E-Mail marketinq tətbiq edin

Satışları artırmağı məqsəd qoymusunuzsa, e-mail marketinqi də nəzərinizdən qaçırmamanız lazımdır. E-mail marketinq ölkəmizdə kafe-restoran sahəsində çox istifadə edilməsə də yaxşı nəticə görmək üçün yaxşı vasitədir. Mail bazanızı saytınızda formları dolduran şəxslərdən formalaşdıra bilərsiniz. Əlavə olaraq e-mail adresləri qarşısında endirimlər və ya ikramlar təklif edə bilərsiniz. Menyuya yeni əlavə edilən yeməklər, yaxınlaşan evəntləriniz və özəl təkliflərinizdən müştərilərinizə məlumat vermək üçün istifadə edə  bilərsiniz. İstənilməyən e-maillər gönderib müştərilərinizi əsəbləşdirməyin. Göndərdiyiniz maillərin müştərilərə faydalı və maraqlı olmasına diqqət edin.

Doğum günü hədiyyələri verin.

Ad günü olan hərkəs demək olar ki, dostlarından, yaxınlarından hədiyyə gözləyir. Bəs gözləmədiyi bir halda müştərisi olduğu restorandan hədiyyə alsa necə olar? Yəqin ki, bunu asanlıqla unutmayacaq və həmin kafenin daimi müştərisinə çevriləcəkdir. Müştərilərinizin ad gününü öyrənmək üçün isə fərqli metodlardan istifadə edə bilərsiniz. Bunun üçün təbii ki, ancaq nömrədən ibarət olmayan datalara ehtiyacınız olacaq.

Loyal müştərilərinizi tanıyın.

Əgər özünüzü siz yaxşı restoranlar siyahısında görürsünüzsə sadiq müştəriləriniz də olmalıdır. Bu sadiq müştərilərinizi çox diqqətlə izləməli və onların sayını artırmağa çalışmalısınız. Bunun üçün isə siz o şəxsləri diqqətlə izləməlisiniz. İzləməklə kifayətlənməyin o şəxslərə uyğun təkliflər verin və onları məmnun etməyə çalışın. Nə qədər çox loyal müştəriniz olsa, o qədər çox qazanacaqsınız.

Müştəri kartlarınız olsun.

Köhnə üsuldur amma daim faydasını verir. Müştərini özəl hiss etdirməklə onu qazanmış olursunuz. Bu kart vasitəsilə siz müştərinizi qazanmaqdan əlavə datalar da toplaya bilərsiniz. Bunu etik qaydalarda etməyinizi (müştəridən icazə alaraq) xahiş edirəm. Kartlar vasitəsilə siz müştərinizə endirim təklif edirsiniz və o endirim ilə seçim arasında qaldıqda sizi seçir. Təbii ki, düzgün endirim rəqəmləri çox önəmlidir. Bu kartları bölgülərə ayırıb müştərilərinizi daha da xüsusiləşdirə bilərsiniz. Məsələn aylıq bəlli bir rəqəm ödəmiş şəxslər premium kart təqdim edirsiniz və bu kartlara da əlavə özəllik.

Aşpazlarınızı müştərilərlə tanış edin.

Bu sahədə önəmli amillər sırasına daxil olanlardan biri də personaldır. Müştərilərinizi razı salmaq üçün personalınızın peşəkarlığı çox önəmlidir. Bu personaldan da önəmli şəxslərdən biri əslində adətən arxa planda olan aşbazlardı. Siz isə bu aşbazları ön plana çıxararaq çox yaxşı nəticələr əldə edə bilərsiniz. Bu barədə biraz araşdırsaz belə uğurlu keysləri çox görəcəksiniz. Belə ki, aşpazınızın arada masalara yaxınlaşıb yeməyin necə alındığını soruşması, bəzi xüsusi loyal qonaqlara aşbaz tərəfindən ikramın göndərilməsi kimi addımlar faydalı olacaqdır. Bundan əlavə reklamlarınızda aşpazınızdan istifadə etməniz də önəmlidir. Hamı məşhur aşpazın əlinin duzuna inanır.

Oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm bəyəndiniz və faydalı olduğunu düşünürsüz. Bu halda bu bloq yazımı paylaşmaqla mənə və restoran sahiblərinə dəstək olmaq imkanınızdan istifadə edə bilərsiniz. “Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri nədir?” adlı bloq yazısından marketinq Növbəti yazılarda görüşənədək.

avatar
0 Rəy yazanlar
Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
trackback

[…] inkişafı üçün marketinq önəmlidir. Kafe və restoran sahəsində marketinq addımları haqqında bloq yazıma reaksiyalardan sonra düşündüm ki, davamlı olaraq fərqli sahələr […]