Paylaşıldığı tarix:

Karantin bitdikdən sonra uğurlu ola biləcək biznes ideyaları

Düşünürəm ki, bizneslər insan davranışlarına uyğun şəkildə qurulur. Virus və karantin nəticəsində insanların bəzi davranışları dəyişdi. Bu dəyişikliklərdən istifadə etmək biznes dünyasındakı şəxslərin əsas arzuladıqlarıdır. Təbii ki, bu davranışları düzgün analiz edən və düzgün addım atan şəxslər öz xeyrlərini görəcəklər. Bu gün yazımda sizə bu davranışlar və vəziyyətdən istifadə edib qura biləcəyiniz bizneslər haqqında bildiklərimi sizlərlə bölüşəcəm.

Daxili turizm

Turizm sahəsi əslində hazırda ən çox zərər görən sahələrdən biridir. Ancaq buna baxmayaraq problemin imkan tərəfindən baxdıqda görə bilərik ki, əksər insan bu yay istirahətini ölkə daxilində etməli olacaq. Bu da sizə daxili turizm ilə məşğul olan şirkətinizi qurmağa şərait yaradı. Yarandığınız müddətdən yaxşı fəaliyyət göstərə bilsəniz geniş müştəri portfoliosu ilə daha sonra da bu sahədə davam edə bilərsiniz. Ancaq peşəkar şəkildə imkandan istifadə edib bazardan uzaqlaşa da bilərsiniz. Təbii ki, turizm xidməti həssas məsələ olduğundan bütün amillərə diqqət etməniz lazımdır. Müştəri məmnuniyyəti, işçilərinizin peşəkarlığı uğurlu olmanız üçün vacib rol oynayır. Sadəcə bu o demək deyil ki, bütün hərkəs də gedib turizm şirkəti açaraq uğur qazana biləcək. Bazarda olan şirkətlərin də yəqin ki, daxili turizmə üstünlük verib burdan qazanc güdmələrinin şahidi olacağıq. Bu səbəbdən də diqqətli olmanız lazımdır.

İdman zalları

Karantin dövründə əslində insanlar qarşılarına məqsədlər qoyurlar. Buna başqa cür desək karantin bitdikdən sonra üçün planlar qururlar. Bu planlar içərisində həm virusun qorxusundan, həm də yaxşı görünmək istəyindən dolayı insanlar sağlam həyat üçün seçim edirlər. Bu sahədə də yetərincə şirkətlər və idman zalları mövcud olsa da genişlənən bazardan düzgün addımlar ilə pay almaq şansınız var. Ümumilikdə son illər bu sahənin ölkəmizdə inkişafının şahidi oluruq. Karantin də dəstək vermiş oldu. Sizlər də bu imkandan faydalanaraq biznesinizi bu istiqamətdə qura bilərsiniz.

Online biznes ideyaları

Online təhsil mərkəzi

Karantin hələ ilk başlayandan birinci addımlar təhsil sahəsində atılırdı. İstər universitetlər olsun, istərsə də özəl təhsil müəsisələri online rejimə uyğunlaşmaq üçün çalışdılar. Beləliklə əksəriyyəti zirək davranıb online təhsilə davam etdi. Geri qalanlar da daha sonra bu sıraya qoşuldular. Beləliklə, əvvəllər online təhsildən tamamilə uzaq qaçan xalqımız qismən online təhsilə uyğunlaşdılar. Bu uyğunlaşma nəticəsində düşünürəm ki, karantin bitdikdən sonra belə bəzi şəxslər offline yox online təhsilə üstünlük verəcəklər. Bu da insanların davranışlarının dəyişməsidir ki, bundan istifadə edərək online təhsil mərkəzi yaratmaq olar. Online təhsil mərkəzini yaradarkən isə təbii ki, diqqət etməli olduğunuz bir çox amil var. Bazarda belə şirkətlər mövcuddur. Hansı ki, karantin dövründə də öz mövqeylərini gücləndirdilər. Ancaq genişlənən bazarda keyfiyyətli təhsiliniz və peşəkar komandanız ilə birlikdə düzgün marketinq strategiyası həyata keçirsəniz bu sahədən yaxşı gəlirlər qazanmaq imkanınız olacaqdır.

Online market

Karantin dövründə insanlar marketlərə gedib alış-veriş etməyə məcbur idilər. Çəkinərək də olsa marketlər ən çox ziyarət edilən məkana çevrilmişdi. Bu vəziyyətdən fərqli olaraq insanların bəziləri evdən sifariş vermək üçün yollar axtarırdılar. Bazarda bir neçə çatdırılma şirkəti yarandı və bu xidməti müştərilərə təqdim etməyə başladı. Ancaq bu şirkətlərdən əlavə düşünürəm ki, həm market olub öz məhsullarını online sifariş verən müştərilərə peşəkar şəkildə çatdıracaq şirkətə də ehtiyac var. Bu bazarın da karantindən əlavə genişləndiyini nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, insanlar artıq alış-verişə zaman sərf etmək istəməyəcək. Kassalarda növbə, marketdə paketləri daşımaq yəqin ki, yenilikçi insanlar üçün tezliklə keçmişdə qalacaq. Siz də bu davranışlardan istifadə edərək biznesinizi bu istiqamətdə qura bilərsiniz.

Dostlar biznes qurarkən bizim bazar kimi bazarlarda ideyadan çox fəaliyyət daha önəmlidir. Ən sadə misal olaraq kafeləri misal göstərə bilərik. Yeni təkliflər edən bəzi kafelərin açıldıqdan bir müddət sonra bağlanmasının şahidi ola bilirik. Ancaq başqa biri həmin tərzdə və ya köhnə ən sadə şəkildə kafe açaraq müştərilərin sevimlisinə çevrilə bilir. Bu səbəbdən də istənilən ideyanızı biznesə çevirərkən diqqətli yanaşmanızı və ehtiyatlı olmanızı gözləyirəm.

Kiçik büdcə ilə biznes arzusundasınızsa kicik budcə ilə biznes ideyaları yazımı oxuya bilərsiniz.

Oxuduğunuz üçün təşəkkürlər. Daha bir bloqun sonuna gəldik. Ümid edirəm faydalı oldu. Növbəti yazılarda görüşənədək.

avatar
  Abunə ol  
Bildirişlərə