Paylaşıldığı tarix:

Kiçik biznes qurmaq üçün 5 məsləhətlər

Kiçik biznes qurmaq üçün məsləhətlər

Kiçik biznes qurmaq üçün məsləhətlər

1. Şəxs inkişaf və biznes haqqında biliklərinizi inkişaf etdirin.

Kiçik biznes qurmaq üçün məsləhətlər -dən birincisi sizin inkişafınızdır. Bir biznesin inkişafı idarə edən şəxsdən asılıdır. Siz bacarıqlı və biliklisinizsə və çox çalışırsınızsa biznesinizin uğurlu olmaq ehtimalı da artır. Əks halda isə bu artım risk payında özünü göstərir. Tez-tez sosial şəbəkələrdə x qədər məbləğim var hansı biznesi qurum sualı ilə rastlaşıram. Bu şəxslərin hər birinə demək istədiyim bir cümlə var. Bu məbləğin ən azı bir hissəsini mütləq şəxsi inkişafına yatır. Siz günümüzdə öz inkişafınızdan mütləq ki, qazanmalısınız. Məsələn siz kiçik biznesiniz üçün bəzi xidmətləri aldıqda pulunuzun yetmədiyi və ya xərclərinizin gəlirlərinizi üstələdiyinizi görə bilərsiniz. Bu səbəbdən bəzi işləri özünüz görməli olacaqsınız. Bu işləri yaxşı görməsəz əziyyətiniz boşa gedə belər. Bunun üçün ən azı kiçik mütəxəssis qədər bu sahələrdə bilgiləriniz olmalıdır.

2. Şəxsi brendinqinizi formalaşdırın və insanlarla dostlaşın.

Bəlkə də sizə elə gələ bilər ki, bir kafeyə gedirsinizsə onun sahibinin kim olmasının sizə heç bir aidiyyatı yoxdur. Ancaq gəlin belə düşünək. Haqqında xoş sözlər eşitmədiyiniz bir insan var. Dadlı yeməklər verilən bir restoranın sahibidir. Siz həmin restorana gedib həmin haqqında xoş sözlər eşitmədiyiniz insana və ya nifrət etdiyiniz bir insana xeyr verərsiniz? Yoxsa ətrafınızda sizinlə mehriban davranan, dostunuz olan insanı keyfiyyətləri və sahəsində peşəkarlığı ilə tanıdığınız tanışınızın kafesinə ?

Cavab ən azı 50% ikinci versiya olar deyə düşünürəm. Bu səbəbdən də 50% müştəri heç də kiçik biznesiniz üçün əhəmiyyətsiz olmur.

Şəxsi brendinq sizin sahənizdə peşəkar olmanız, insanlara faydalı olmanız, həmin sahə ilə və yaxşı xasiyyətlərlə yada düşmənizə yardımçı olacaqdır. Bu zaman siz biznesinizə şəxsi brendiqiniz vasitəsilə fayda verə bilərsiniz. Məsələn bir dostumuz öz profili ilə kafesinə daha çox müştəri qəbul edir nəinki, ödənişli reklamlar. Bu real keysdən sonra sosial media hesablarınızı inkişaf etdirməyi bir daha düşünün. Şəxsi brendinq üçün ən ideal varinatlardan biri sosyal mediadır.

3. Seçdiyiniz sahə və bazarı araşdırın.

Məsələn kiçik bir kafe açmaq istəyirsiniz. Bu zaman siz kafe sahəsini rəqiblərinizi araşdırmalısınız ki, müştərilərin istəklərinə uyğun təklif formalaşdıra biləsiniz. Məsələn X kafe var müştərilər o kafeni çox sevir və bu sevmə səbəbini taparaq tətbiq etməyə çalışırsınız. Həmçinin bir kafe bütün gün boşdur və boş olma səbəbini taparaq həmin səhvi təkrarlamamalı olduğunuzu bilirsiniz.

Bundan başqa  həmin sahədə gəlirlilik xərclər kimi araşdırmalar da sizin ilkin büdcənizi formalaşdırmağa həmçinin qərar vermənizə təsir edə bilər. Ən azı ayağınızı yorğanınıza görə uzadarsınız.

4. Satış və reklam kanallarınızı müəyyən edin.

Bir biznes qurursunuzsa mütləq ki, müştəriyə ehtiyacınız olacaq. Bəs bu müştəriləri necə əldə edəcəksiniz? Yəqin ki, biznesi qurduğunuz anda müştərinin sizin xidmət və ya məhsulunuz üçün sıraya düzülməsini gözləmirsiniz. Bu düşüncədəsinizsə təəssüf ki, yanılırsınız. İndidən reklam kanalları axtarın. Axı müştərilər sizin xidmətlər və məhsullarınızdan xəbərdar olmalıdırlar ki, sizin müştərinizə çevrilsinlər. Əksi mümkün deyil məncə, siz də belə düşünmürsünüzmü?

Reklam demişkən, İngilis dili öyrənmək istəmirsiniz?

Kiçik biznes qurmaq üçün məsləhətlər davam edir.

5. Müştərlərinizə dəyər verin.

Bunları etdiniz və biznesinizə başlamısınızsa müştərilərin dəyərli olduğunu da bilmək lazımdır. Kiçik bizneslər üçün müştərilər çox önəmli amillərdir. Siz müştərilərdən asılısınız. Məncə onlar isə sizdən asılı deyillər. Hər bir müştəri xüsusilik və dəyər görmək istəyir. Siz də bu dəyəri onlara hiss etdirməlisiniz. Həm loyallıq baxımından, həm də müştərilərin sizləri başqalarına da tövsiyyə etməsi baxımından çalışmalısınız ki, onların sevimlisi olasınız. Bu zaman kiçik biznesinizin böyüməsi ehtimalı daha çox olacaqdır.

Oxuduğunuz üçün təşəkkür edirəm. Ümid edirəm biznesiniz uğurlu olar və bol müştəri qazanarsınız. Kiçik biznes qurmaq üçün məsləhətlər sizə bu çətin və maraqlı yolda faydalı olar düşündüm. Sizə bu çətin yolda əlimdən gələn dəstəyi göstərməyə hazıram.

Həmçinin marketinq haqqında məqalələrə keçid edərək oxuya və faydalana bilərsiniz.

avatar
  Abunə ol  
Bildirişlərə