Paylaşıldığı tarix:

Kiçik büdcə ilə həyata keçirə biləcəyiniz biznes ideyaları

Biznes ideyası, biznes ideyaları

Biznes ideyaları

Biznes gözəl arzudu. İstənilən dostunuzdan soruşsaz biznes ideyası var. Demək olar ki, hərkəs biznesi olmasını istəyir. Bu arzu müxtəlif səbəblərdən baş tutmur. Bu səbəblərin başında yəqin ki, çoxunuz maliyyəni göstərə bilərsiniz. Pulum olsa bu işi görərdim deyə düşündüyünüz biznes mütləq ki, var. Bəs pul problemi olmadan necə biznes qura bilərik? Yəqin ki, uğurlu insanların sıfır manatla qurduğu biznes hekayələrini eşitmisiniz. Mən isə biraz kənara çıxıb kiçik büdcə ilə qura biləcəyiniz bizneslər haqqında danışacam. Bu bizneslər aylıq maaşınızı toplamayaraq, borc alaraq, kimdənsə çox kiçik sərmayə alaraq başlaya biləcəyiniz bizneslərdir. Yəqin ki, səbirsizliklə hansı bizneslər olduğu sizə maraqlı gəlir. Gəlin indi onlar haqqında danışaq.

Peşəkar olduğunuz sahədə konsultasiya şirkəti

Burda əsas məsələ peşəkar olmanızdır. Məsələn, siz mühasib kimi çalışa bilərsiniz, amma bu tam peşəkar olmanız anlamına gəlmir. Bu sahədə yaxşı təcrübəniz olmalıdır və bu sahənin biliklərinə dərindən sahib olmalısınız. Bu halda həmin sahədə konsultasiya şirkəti yarada bilərsiniz. Bunun üçün bir ofisiniz olsa başlamaq üçün ilk addımı ata bilərsiniz. Kiçik bir ofis və bəzi işlərdən sonra rahatlıqla başlaya bilərsiniz. Bunu daha az büdcə ilə ofis olmadan da edə bilərsiniz. Uğurlu olması üçün müştərilərinizə həssas yanaşmalı, maksimum faydalı olmalısınız.

Evinizlə biznes ideyaları

Evinizlə host olun və ya gündəlik kirayə verin

Bildiyimiz kimi dünyada turizmlə bağlı bir çox platformalar var. Bunlardan Booking, Airnb, Tripadvisor və s misal göstərə bilərik. Siz bu platformalar vasitəsilə öz mənzilinizi kirayə verə bilərsiniz. Bu zaman əksər vaxtlarda sizin mənzilinizə gələcək qonaqlar xaricilər olacaq. Siz həm tək qonaqlar qəbul edib onlarla birlikdə yaşaya bilərsiniz, həm də bütünlükdə evi kirayə verə bilərsiniz. Bundan başqa bunun daha inkişaf etdirilmiş forması kirayə ev götürüb bu tərzdə pul qazanmaqdır. Aylıq bəlli bir məbləğ qarşılığında kirayə götürdüyünüz evi günlük olaraq turistlərə təklif edirsiniz. Məsələn, 1000 manat aylıq kirayə ödədiyiniz evi günü 80 manatdan kirayə verə bilərsiniz. Belə olduğu təqdirdə aylıq 20 gün qonağınız olsa belə siz müəyyən bir məbləğ qazanmış olursunuz. Təbii ki, bunu da etmək üçün bəzi bacarıqlarınızın yüksək olması lazımdır. Çalışın bu işi görmək istəsiniz ehtiyatlı olasınız. Turistlər də həmişə mələk kimi olmurlar. Saxtakarlıqdan qorunmaq üçün çalışın sənədləriniz qaydasında olsun.

Antikafe açmaq

Dünyada və son illərdə ölkəmizdə məşhurlaşan bu biznes düzgün qurulduqda həm əyləncəli olur, həm də yaxşı pul qazandırır. Əgər eviniz yaxşı ünvandadırsa, siz elə evinizi antikafe edə bilərsiniz. Bu zaman sizin xərciniz daha az çıxacaq və aylıq kirayədən xilas olmuş olacaqsınız. Evinizin ünvanı yaxşı deyil və ya evinizi antikafe etmək istəmirsinizsə ilk işiniz yaxşı bir ünvanda uyğun bir məkan tapmaq və kirayələmək olmalıdır. Bu məkanın gənclərə yaxın olması yaxşı olar (məsələn: universitet yaxınlığı). Daha sonra bu məkanı əyləncəli hala salıb ziyarətçilərin zövqünü oxşayacaq vəziyyətə gətirmək lazımdır. Axı onlar sizin məkana davamlı gəlmələri üçün antikafenizi sevməlidirlər. Daha sonra kiçik marketinq addımları ilə insanlara antikafenizi tanıdıb onları sizi ziyarət etməsinə çalışmalısınız. İşin çətin tərəfi təbii ki, bütün bizneslərdə olduğu kimi qurmaq yox, idarə etməkdir. Yaxşı antikafe yaratsanız bizi də qonaq dəvət edərsiniz 😊.

Ticarət biznes ideyaları

Xırda ticarət

Xırda ticarət dedikdə dostlar fərqli növ məhsullar seçə bilərsiniz. Məsələn, ölkəyə xaricdən nələrisə sifariş verib sata bilərsiniz. Bundan başqa gedib topdan mağazalardan alıb tək-tək satış edə bilərsiniz. Həmçinin bunu başqa bir yolla da edə bilərsiniz. Məhsulları nağd alaraq ətrafınızdakı tanış və güvəndiyiniz şəxslərə kreditə satmaqla üstünə bəlli bir faiz əlavə edərək pul qazana bilərsiniz.

Əl işləri satışı

Bu əslində ölkəmizdə xeyli məşhur bir sahədi. Bu işlə məşğul olub öz gəlirini təmin edən çox insan tanıyıram. Əl işi dedikdə bu sizin bacarığınızdan asılı olaraq hərşey ola bilər. Muncuqlardan hazırlanan aksesuarlar, taxtadan hazırlanmış xüsusi hədiyyələr, əl ilə tikilmiş geyim və çantalar kimi məhsulları siz hazırlayıb daha sonra müştərilərə təqdim edə bilərsiniz. Dünyada bu əl əməyi məhsulların qiyməti xeyli baha olur. Hazırda bizim ölkədə o qədər də baha olmasa da yaxşı bir gəlir əldə etmək olur. Bu sahə ilə bir miqdar pul qazanıb işinizi böyüdə bilərsiniz.

Ev qidası satışı

İnsanlar son zamanlarda zərərli qidalardan uzaq qaçmağa çalışır. Bu səbəbdən də sağlam qida həyatımızda vacib rol oynayır. Əgər yemək hazırlamağı bacarırsınızsa, bu yeməkləri fərqi yollarla hazırlaya bilməyən insanlara sata bilərsiniz. Burda sizin qiymətinizin münasib olması və tam sağlam olması müştərilərin sizi seçməsinə səbəb ola bilər. Təbii ki, bunun üçün sizin yaşadığınız ərazi vacib amildir. Məsələn siz ətrafınızda çoxlu iş yerləri olan yerdə yaşayırsınızsa, nahar üçün həmin şəxslərdən bəzilərinə hazırladığınız yeməkləri sata bilərsiniz. Bundan əlavə universitetə yaxın olmanız tələbələrin sizin sağlam yeməklərinizi seçməyə səbəb ola bilər.

Yenə bir yazının sonuna gəldik. Bu yazıda çalışdım ki, riski az olan və rahat şəkildə edə biləcəyiniz bizneslər haqqında yazım. Bu bloqun sizlər tərəfindən çox oxunduğunu bəyənildiyini və paylaşıldığını görsəm, bu mövzuda xeyli bloq yazısı görəcəksiniz.

Oxuduğunuz üçün təşəkkür edirəm. Ümid edirəm faydalı oldu. Pandemiya sonrası biznes qurmaq düşünürsünüzsə karantin bitdikdənsonra uğurlu biznes ideyaları yazımı oxuya bilərsiniz. Növbəti yazılarda görüşənədək

avatar
  Abunə ol  
Bildirişlərə