Paylaşıldığı tarix:

Marketinq ilə bağlı oxumalı olduğunuz 10 kitab

Marketinq sahəsi ilə bağlı 10 ən yaxşı kitab

Marketinq sahəsi son zamanlar ölkəmizdə ən çox maraq olan sahələrdən biridir. Düşünürəm ki, bu sahəyə yeni başlayanlar üçün və bu sahədə təhsil alan tələbələr üçün kitablar vacib amillərdir. Bu bloq yazımda qeyd etdiyim kitablar da ümid edirəm oxuyanlara faydalı olacaqdır. Kitabların içərisində çox bəyəndiklərim və favori kitablarım siyahısında olanlar var.

A’dan Z’yə Marketinq – Philip Kotler

Marketinq sahəsində olan demək olar ki, hər kəs Kotleri tanıyır. Düşünürəm ki, bu sahəyə yeni gələn şəxslərin və bu ixtisasda təhsil alan tələbələrin mütləq oxumalı olduqları yazıçılardandır. Filip Kotler bu kitabda marketinqə dair ilkin fikirlər yaratmaqla bərabər əsərində şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir. 

Marketinqdə 10 ölümcül qüsur – Philip Kotler

Kotler haqqında yuxarıda yetərincə məlumat vermişəm deyə düşünürəm. Bu kitabında isə Kotler Marketoloqların və biznesmenlərin etdiyi 10 tipik səhvi analiz edir və o səhvləri etməmək üçün atılmalı olan addımlardan danışır. Eyni zamanda şirkətin uğurlu inkişafını necə təmin etmək olar haqqında da fikirlərini bölüşür.

Marketinqin təməlləri (Pazarlamanın temelleri) – Philip kotler

Marketinq istehsal etdiyiniz nəyisə təqdim etmək üçün ağıllı yollar tapmaq deyil. Marketinq həqiqi müştəri dəyəri yaratmaq sənətidir.

Mənim fikrimcə bu ifadələr günümüzdə marketinqin yalnız tanıtım olduğunu düşünənlər üçün qəşəng cavabdır və kitabı oxumağa sövq edir.

Marketinqə dair 300 başlıca sual – Philip Kotler

Sual-cavab formasında tərtib edilmiş bu kitab Filip Kotlerin bilik və çoxillik təc­rü­bəsinin məhsulu sayıla bilər. Siz bu kitabı oxumaqla marketinq üzrə mütəxəssislərə uğur qazanmaq üçün hansı vər­dişlərin vacib olduğunu, şirkətdə marketinqin effektivliyinin necə qiymətləndirilməsini, tənəz­zül zamanı hansı marketinq strategiyalarının daha məq­sədə­uyğun olduğunu, qloballaşma və yeni texnologiyalar ilə əlaqədar hal-hazırda marketinqin rolunun necə də­yişdiyini, marketinq şöbələrinin gələcəkdə necə olacağını öyrənəcəksiniz.

Marketinq 4.0 Ənənəvidən rəqəmsala keçid

Texnologiya dünyası o qədər sürətlə inkişaf edir ki, hər dəyişiklik özündən sonrakını daha da sürətləndirir. Belə mühitdə marketoloqların inkişaf yollarını tapması üçün bir istinad nöqtəsinə ehtiyac var. Bu kitab belə istinad ediləcək mənbələrdən biridir. Rəqəmsala keçidin önəmini göstərir.  

Bənövşəyi inək – Seth Godin

Əsasən fərqlilik yaratmaqdan bəhs edən bu kitab, Köhnə marketinq üsullarının əvvəlki qədər effektli olmaması, TV reklamlarının satışlara əvvəlki qədər təsir etməməsindən danışır. Bu problemin dilə gəldiyi kitabda bəzi markaların necə bənövşəyi inək olduqları və bənövşəyi inək olmağın faydaları haqqında qeydlər yer almışdır. Kitabı oxumaqla siz əslində dövrün bəzi marketoloqlarının etdikləri səhvlərin fərqinə varacaqsınız. 

Bütün marketoloqlar yalançıdır– Seth Godin

Marketoloqsunuzsa, kitabın adına baxıb bunun peşəyə təhqir olduğunu düşünə bilərsiniz. Əgər istehsalçısınızsa, bu kitabı gördükdə illərlə marketoloqlar bizi aldadır deyə əsəbləşə bilərsiniz. Məncə, Godin kitaba bu tərz ad qoymaqla elə yuxarıda qeyd etdiyim bənövşəyi inəyi bizə yaşatmaq istəyib.

Buy.ology – Martin Lindstrom

Nəyi satın aldığımız haqqında nə qədər biliyə sahibik? Bugünkü dünyada qərarlarımıza nə təsir edir? Diqqətimizi çəkən bir reklam, zehnimizdə ilişib qalan  bir şüarmı ? Yoxsa satınalma qərarlarımız şüuraltı həyata keçirilir də bu proses haqqında heç nə bilmirik? Lindstrom, Buy.ology adlı kitabında yeddi milyard dollara başa gələn üç illik neyromarketinq tədqiqatlarının təəccüblü nəticələrini bölüşür. Bu araşdırmada Lindstrom dünyanın hər yerindən 2,000 könüllüsünün müxtəlif reklamları, loqotipləri, reklamları, məhsulları və markalarına məruz qaldıqda beynlərində nələrin olduğunu öyrənməyə çalışıb.  Geri qalanını kitabdan oxumaq lazımdı. 

*Qeyd edim ki, kitab çox informasiya verdiyindən ağır oxunur, amma çox maraqlıdır.

Uğurlu satış üçün 55 məsləhət – Andrey Sizov

“Uğurlu satış üçün 55 məsləhət” adlı bu kitab pe­şəkar bir satıcının illər ərzində qazanmış olduğu bil­giləri paylaşma arzusundan yaranmışdır. Burada satış deyərkən hər bir məhsulun birbaşa satışı və müxtəlif xidmətlərin daha yüksək səviyyədə gös­tə­rilməsi üçün çox sadə üsullar nəzərdə tutulur. Həm­çinin, müxtəlif sahələri əhatə edən satıcı-müştəri mü­­nasibətlərinin tənzimlənməsi, müştərinin hər bir xid­mətdən razı qalmasını təmin edəcək vasitələr və bu münasibətlərin uğurlu sonluğa çatdırılma yolları göstərilmişdir. 

Neyromarketinq – Patrick Renvoisé & Christophe Morin

Aparılan neyromarketinq araşdırmaları satışınızı necə artıra bilər? İnsanın gün ərzində minlərlə reklam gördüyünü nəzərə alaraq diqqət çəkmək və satış etmək asan deyil. Bu səbəbdən də neyromarketinq insanların alış davranışları, reklamlar və hadisələr necə reaksiya verdiyini öyrənmək vacibdir. Bu səbəbdən neyromarketinq haqqında bu kitabı da siyahıya əlavə etdim.

Ümid edirəm bəyəndiniz və bu kitablardan hansınısa oxumağa başlayacaqsınız. Siz də rəy bölməsində öz sevdiyiniz və başqalarına məsləhət gördüyünüz kitabları paylaşa bilərsiniz.  “Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri nədir?” adlı bloq yazıma daxil olaraq daha faydalı biliklər əldə edə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkür edirəm. Görüşənədək.

avatar
2 Rəy yazanlar
Orxan SalmanovÇingiz Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
Çingiz
Qonaq
Çingiz

Salam.Az dilinde elektron varmi bu kitablar?