Paylaşıldığı tarix:

Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri nədir?

Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri

Marketinq ölkəmizdə son zamanlar çox məşhur ifadəyə çevrilib. Bu terminin yüzlərə açıqlaması vardır. Əksər alıcılar düşünür ki, marketinq insanları satın almaya sövq etmək üçün bir peşədir. Bəzi insanlar düşünür ki, sosial şəbəkələrdə post paylaşmaqdır. Marketinq əslində mənim fikrimcə Müştəri və şirkət arasında bağdır. Marketinqin həyatda olan bütün hərşey kimi müsbət və mənfi tərəfləri var. Gəlin birlikdə nəzər yetirək.

Marketinqin müsbət tərəfləri.

Məhsulların insanlara uyğun şəkildə olmasını təmin edir. Ümid edirəm bilirsiniz ki, marketinq təkcə reklamlardan ibarət deyil. Ölkəmizdə adətən bu sahəni sadəcə “promotion” olaraq görən sahibkarlar və marketoloqlar var. Ancaq düşünsək ki, marketinqin araşdırma hissəsi var və bu hissənin fəaliyyətlərindən biri insanların nə istədiyini araşdırmaqdır. Bu araşdırma nəticəsində insanların nəyə ehtiyacı olduğu tapılır və ehtiyacları qarşılanır.

İnsanları məlumatlandırır. Hazırkı dövrdə hər an informasiya aldığımız hərkəsə məlumdu. Aldığımız informasiyaları emal etməmiz və faydalıları ayıra bildiyimiz halda yaxşı nəticələr ortaya çıxır. Marketinq də bizim bir çox şey haqqında informasiya almamıza yardım edir. Menyularda yerləşdirilən yeməklərin tərkibləri buna misal ola bilər.

Şikayətlərin həlli üçün rol oynayır. Günümüzdə heç bir marka istəməz ki, hər hansı müştəridən mənfi fikirlər eşitsin. Əksər şirkətlər müştəri şikayətlərinə çox önəm verirlər. Təbii ki, bazarda müştəri şikayətini heçə sayan şirkətlər də var. Düşünsək ki, brendinə zərər gəlməsini istəməyən marketoloqlar bu müştərilərin şikayətlərini həll etmək və bu kimi problemlərin bir daha yaranmasının qarşısını almaq üçün çalışırlar. Bunu da mənim fikrimcə marketinqin faydası kimi görmək olar.

Marketinqin mənfi tərəfləri.

Daha çox xərcləməyə vadar edir. Bunu sadəcə lazımsız xərclər kimi anlamayaq. Yuxarıda qeyd etdiyimiz kimi, ehtiyaclarımızı müəyyən edən marketoloqlar bizə ehtiyacımız olan məhsulu təqdim etdikdə onu almağa biz qərar veririk və alırıq. Bu isə insanların xərclərinin çoxalmasına gətirir. Ümumi desək insan hərşeyə ehtiyacı vardır. Ancaq nələri almalı olduğuna qərar verərkən mövcud olmayan məhsulu seçə bilməyəcəyindən ona təqdim olunan məhsulların çox olması birbaşa daha çox alışa gətirib çıxarır. Daha çox alış isə sözsüz ki, daha çox xərc deməkdir.

Sui-istifadə edilir. Əksər şirkətlər kampaniyalar zaman öz mənafeyini düşünürlər. Bu təbii haldır. Ancaq bəzi şirkətlər kampaniya həyata keçirərkən “marketinq” adı altında saxtakarlıq edirlər. Buna misal olaraq yalançı endirimləri misal göstərmək olar. Həmçinin reklamlar zamanı insanların aldadılması halları da tez-tez görünür. Yəqin ki, endirimdə reklam olunan məhsulun mağazada bitib deyilməsi və s. kimi yalanlar həmin şirkətlərə də zərbə vurur. Bununla bərabər istehlakçılar da zərər çəkmiş olurlar.

Marketinq sahəsində ən çox rast gəlinən problemlər” mövzusunda yazdığım məqaləni oxuyaraq Marketinq sahəsində yaşanan problemlər haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

avatar
0 Rəy yazanlar
Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
trackback

[…] “Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri nədir?” mövzusunda yazdığım məqaləni oxuyaraq Marketinq sahəsində yaşanan problemlər haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. […]

trackback

[…] mənə və restoran sahiblərinə dəstək olmaq imkanınızdan istifadə edə bilərsiniz. “Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri nədir?&#… adlı bloq yazısından marketinq Növbəti yazılarda […]

trackback

[…] öz sevdiyiniz və başqalarına məsləhət gördüyünüz kitabları paylaşa bilərsiniz.  “Marketinq insanlara necə təsir edir? Marketinqin müsbət və mənfi tərəfləri nədir?&#… adlı bloq yazıma daxil olaraq daha faydalı biliklər əldə edə […]