Paylaşıldığı tarix:

Marketinq sahəsində ən çox işlənən terminlər

Marketin sahəsində istifadə olunan terminlər

Marketinq, reklam və satış sahəsinə aid bir çox termin var. Kampaniyalarınızı idarə edə bilmək və söhbətin nədən getdiyini anlamaq üçün marketinq sahəsində terminlər və mənalarını sizə yazmaq istədim. Bu terminlərin əksəriyyəti ingilis dilində olan sözlər və abreviaturalardır. 

Brief – Marketinq sahəsində ən çox işlənən terminlər üçün nümunədir. Bu söz şirkətin istədiyi layihənin və ya işin agentlikdən gözlədiklərinin qısa xülasəsidir. Unutmamaq lazımdır ki, düzgün brief yaxşı iş ortaya çıxarır.

Rate Card – Hansı işin nə qədər büdcə ilə edilə biləcəyi yazılan qiymətlər siyahısıdır.

Key account – İllik iş həcmində əhəmiyyətli bir paya sahib olan və ya alış potensialı baxımından əhəmiyyətli imkanlar yaradan bir müştəri 

Diversifikasiya: 1. Yenilənmiş, fərqli və ya tamamilə yeni məhsullarla yeni və ya mövcud müştərilərə çatmağı hədəfləyən bir böyümə strategiyası. 2. Hələ xidmət göstərilməmiş bir bazar seqmenti üçün tamamilə yeni bir pərakəndə satış formatının inkişafı ilə əlaqəli strateji bir investisiya imkanı.

Françayzinq: bir şirkət tərəfindən (françayzer) digər bir şirkətə (françayziyə) biznesin idarə edilməsi ilə bağlı biliklərin, brenddən istifadə hüququnun, biznesin idarə edilməsi metodikasının, marketinq və reklam strategiyasının verilməsidir, bunun müqabilində birdəfəlik və ya mütəmadi olaraq ödənişlər həyata keçirir.

Profit – Məhsulun başa gəlməsində ümumi gəlirlərdən cəmi xərc çıxıldıqdan sonra qalan hissədir.

Price list – şirkətin rəsmi satış qiyməti olaraq bir satıcı tərəfindən ifadə edilən endirim edilməmiş qiymətdir.

Loyallıq – Müştərinin  ardıcıl olaraq müəyyən bir şirkətin məhsulunu almağa davam etməsidir.

CRM (Customer relations management) –  Şirkətin mövcud və potensial müştəriləri ilə əlaqələrini izləmək, təşkil etmək və inkişaf etdirmək üçün həyata keçirdiyi sistematik proseslərdir. CRM proqramı bu prosesləri dəstəkləmək üçün istifadə olunur. məqsəd; müştəri xidmətinin yaxşılaşdırılması, müştəri məlumatlarının daha çox yönəlmiş marketinq fəaliyyəti üçün istifadə edilməsi və müştəri sədaqətinin yaradılması.

Outsourcing – Səmərəlilik, sürət, keyfiyyət, maya dəyəri kimi səbəblərə görə işçilərin həyata keçirdikləri fəaliyyətlərin şirkət xaricindəki müəssisələrə müqaviləli şəkildə ötürülməsidir.

SWOT analizi –  Şirkətin güclü və zəif tərəflərini, qarşılaşdığı fürsətləri və təhlükələri sistematik təhlil və qiymətləndirmədir.

Direct marketing – Birbaşa marketinq şirkətlərin mesajlarını birbaşa istehlakçılarına çatdırmasıdır. Buna müxtəlif kanallar və ticarət ünsiyyəti (birbaşa poçt, e-mail, tele marketinq) daxildir. Birbaşa marketinq marketoloqlar tərəfindən tez-tez istifadə edilən üsullardan biridir.

Damping – Bu, məhsulun maya dəyərindən aşağı və ya daxili bazarda tətbiq olunan qiymətdən aşağı qiymət tətbiq edilməsidir.

Cari aktivlər – Bir il ərzində normal şərtlərdə nağd pula çevrilə bilən pul və ya maddi aktivlər.

Cross selling – Çarpaz satış anlamına gələn bu ifadə müştəriyə hər hansı bir məhsulu satarkən, eyni zamanda başqa bir məhsulu da ona  sata bilməkdir.

Bu marketinq sahəsində terminlər daha yaxşı yadında qalsın istəyirsinizsə bir yerə qeyd edin.

B2C (Business-to-consumer) – Biznesin istehlakçılara yönəldiyi satış üçün işlənən ifadədir. Əsasən istehsalçılar bu yöndə fəaliyyət göstərirlər.

B2B (Business-to-business) – Biznesdən biznesə satış üçün işlənən ifadədir. Əsasən konsultasiya şirkətləri, agentliklər bu kimi satışların ən çox olduğu yerlərdir.

WOMM (Word Of Mouth Marketing) – Məhsul və marka haqqında məlumatın insanların danışıqları ilə böyük bir kütlədə yayılmasıdır. İnam tələb edən bir çox  sahələrdə xeyli effektiv olur. 

ABC analiz – Məhsul qruplarını gəlirlilik ölçüsünə görə çeşidləyən və qruplaşdıran bir təhlildir. Fasiləsiz olaraq hansı məhsulların stokda saxlanıldığını, hansı məhsulların zaman-zaman stokdan çıxmasına icazə verildiyini və hansı məhsulların ehtiyatlardan çıxarılacağını müəyyən etmək üçün istifadə olunur

ROI (Return Of Investment) – Edilən İnvestisiyanın   qaytarılmasıdır. Bu hesab marketinqin əsasını təşkil edir, çünki marketinq fəaliyyətləri qısa və ya uzun müddətdə şirkətə qazanc gətirmək üçün həyata keçirilir. 

SMM (Social Media Marketing) – Facebook, Instagram, Twitter, Google+ və LinkedIn kimi sosial media hesablarından markanın rəqəmsal marketinq strategiyasına uyğun kampaniyaları idarə etmək və bu kampaniyaları marketinq fəaliyyətlərinə daxil etmək. 

SEO (Search Engine Optimization) – Axtarış sistemlərində (Google, Yandex və s.) optimizasiya edilməsidir. SEM-ə nisbətən uzun müddətə nəticə versə də, elə uzun müddət də fayda görə bilərsiniz.


SEM (Search Engine Marketing) – Axtarış sistemlərində (Google, Yandex və s.) axtarılan sözlər üzerinden edilən rəqəmsal marketinq növüdür. Axtarış sistemləri ilə qısa zamanda nəticə almaq mümkündür.

Gündəlik iş həyatınızda bu terminlərdən istifadə etsəniz, çox güman ki, biraz qınanılacaqsınız. Bu səbəbdən əsasən ehtiyac olduqda istifadə etməniz tövsiyyə olunur. 

Oxuduğunuz üçün təşəkkür edirəm. Rəqəmsal marketinq sahəsində terminlər oxumaqla bu sahədə də ən çox işlənən sözlərlə tanış ola bilərsiniz.

Pazarlamasyon.com

avatar
4 Rəy yazanlar
Orxan SalmanovSabina AliyevaMəmmədArzu Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
Arzu
Qonaq
Arzu

Deyerli paylaşma üçün teşekkür edirem!

Məmməd
Qonaq
Məmməd

Çox sağ olun, bilmədiyim və yaddan çıxan bəzi terminləri öyrəndim

Sabina Aliyeva
Qonaq
Sabina Aliyeva

Teshekkur edirem

trackback

[…] B2B sahəsində nisbətən bu üsulu tətbiq etmək daha asandır. Burda siz fərqli qiymətlər […]

trackback

[…] olsun istərdiniz? Bu yazıda başqa hansı terminlər sizin fikrinizcə əlavə edilməlidir? “Marketinq sahəsində ən çox işlənən terminlər” bloquna daxil olaraq marketinq terminləri haqqında biliklər əldə edə […]