Paylaşıldığı tarix:

Necə edək əməkdaşlar inkişaf etsin və bizi tərk etməsin?

Necə edək işçilər inkişaf etsin

Biznes elə birşeydir ki, hər hissəsi xüsusilə qayğı istəyir. Müştərilərə, işçilərə, sistemə bu qayğı olmadıqda sizin dəyərli övladınız sizdən inciyir və problemlər özünü göstərir.

Daha çox zamanlarda stabil gəlir olduğu zaman əsas məqsəd bu gəlirin qorunmağı olur. Təbii ki, bunun əksini düşünərək hərtərəfli böyümək istəyənlər də olur. Bu böyümədə komanda da həm böyüməli, həm də inkişaf etməlidir ki, ayaq uydura bilsinlər. Bəzən bu inkişafda şirkətlər bəzi problemlərdən əziyyət çəkirlər. Bununla bağlı fikirlərimi bu yazıda sizlərlə bölüşəcəm.

Əməkdaşların tramplini şirkətiniz yox şirkətinizdə çalışdığı vəzifəsi olsun.

Ölkədə adətən iş axtaran şəxslər təcrübənin artımına çox önəm verirlər. Arzulanan şirkətlərdə işləmək üçün iş təcrübəsi vacib amil hesab olunur. Siz çalışmalısınız ki, bu təcrübəni sizdə toplayıb arzuladığı şirkətlərə keçmək yox sizin şirkəti arzuladığları şirkət kimi görsünlər. Bunun üçün əməkdaşlarınızın hər birini işə götürərkən karyera planlamalarında burda uğurlu olacaqları təqdirdə növbəti dayanacaqlarını müəyyən edin.

Məsələn HR üzrə kiçik mütəxəssis sizdə işə başlayırsa hazır olduqda onun mütəxəsssis kimi sizdə davam edə biləcəyini elə müsahibədəcə onunla danışın.

Bu zaman həmin şəxs sizinlə həmin müddətdə çalışıb mütəxəssis olmaq üçün inkişaf istəyəcəkdir.

Peşəkar kadr axtarmaqdan əlavə peşəkar kadr yetişdirməkdə maraqlı olun.

İşçi götürərkən hərkəs istəyər ki, biznesində çalışacaq şəxs peşəkar olsun və işinin öhdəsindən gəlsin. Ancaq peşəkar kadr elə də çox deyil və ya peşəkar kadrları cəlb etmək də asan məsələ kimi görünmür.

Bu səbəblərdən dolayı işçilərinizin çatışmazlıqlarını sizinlə tamamlaması vacib amildir. Belə ki, şirkətdə çalışan şəxslər üçün inkişaf önəmli olmalı və bu inkişafda siz də maraqlı olmalısınız. 100% lik kadr yoxdur anlamı ilə razılaşırsınızsa əməkdaşlarınızın 100% yaxınlaşması üçün olan hissəni birlikdə keçin. Bu həm bilik həm bacarıqlar baxımından keçərlidir.

Komandanızdakıları sizin şirkətə bağlayan təkcə maaş olmasın.

Siz yaxşı işçilərinizə ancaq maaş ilə motivasiya vermək barədə düşünürsünüzsə məncə bu düzgün deyil. Peşəkar işçiyə həmişə sizdən yaxşı maaş verməyə imkanı olan kimsə tapılacaq. Bu zaman komandanızın vacib üzvünün kiminsə sizdən daha artıq maaş verməsi səbəbindən itirməniz sizə xeyli zərər vura bilər. İşçi axtarmağa sərf olunan vaxt və yeni işçinin uyğunlaşması sizə zərərdən başqa birşey verməz. Bu itirəcəyiniz enerji və xərcləri işçilərinizin sizinlə uzun müddət qalmasına xərcləsəniz daha çox zaman həmin kadrlarla işləmək imkanınız olar.

Əməkdaşınızı işdən çıxarmaqla qorxutmayın.

Komandanızda yaxşı nəticə göstərməyən yoldaşınızı əgər yaxşı işləməsən səninlə yollarımızı ayıracağıq dediyiniz andan etibarən itirmiş olursunuz. Həmin şəxs özünü qarantiya altında saxlamaq üçün artıq iş axtarmağa başlayacaq deməkdir. Peşəkar bir şəxs üçün bu elə də böyük problem olmur. Yox sizdən işdən ayrılsa iş tapmayacaq şəxslərlə işləyirsinizsə demək ki, komandanız tam peşəkar komanda deyil və işi aşırmaq üçün bir zaman sadəcə yola vermisiniz.

İşçilərinizə uzunmüddətli yatırımlar edin.

Siz işçinin sizdən ayrılacağından qorxaraq onun inkişafında maraqlı deyilsinizsə bir gün qorxunuz sizə qalib gələcək və həmin şəxs sizin şirkətdən ayrılacaqdır. Nəzər alsaq ki, uzunmüddətli ancaq kiçik xərclərlə işçinizi inkişaf etdirə bilərsiniz bu xərclər sizin işçi axtarmanız və yeni işçinin uyğunlaşmasından daha az zərərli olmalıdır.

Məsələn: İşçilərinizin dil biliklərini inkişaf etdirmələrinə şərait yaradın. Dil bilikləri qısa zamanda formalaşmadığından komandanızdakı şəxs ən azı həmin kurs bitdiyi müddətə qədər sizlə çalışacaqdır. Orta hesabla aylıq kursun 50 manat olduğunu nəzərə alsaq sizin əməkdaşınız 6 aya kursu bitirəcəyini nəzərə alsanız 6 ay davamlı bir işçinin sizinlə çalışması sizin faydanızadır. Bu cəmi 300 manata başa gəlir. Həmçinin böyük bir səhv etməmisinizsə kursdan sonra 6 ay da düşüncəli davranıb sizinlə işləyəcəkdir.

Komanda yoldaşlarınıza təşəkkür edin.

Bu təşəkkürlər fərqli versiyalarda ola bilər. Bonus verərək təşəkkür edə bilərsiniz, istirahət verərək təşəkkür edə bilərsiniz. Bunlar əməkdaşın daha yaxşı işləməsinə kömək edəcək. Deyənlər var ki, işçilərə nə qədər yumşaq davranmışıq əvəzində yaxşı şeylər görməmişik. Bu şəxslər məncə bütün mərhələlərdə bunu tam etməyiblər. Siz işçiyə yaxşı maaş verirsinizsə bu kifayət deyil. Siz işçinin maaşını aşağı verirsinizsə digər nə etsəz də kifayət deyil. İdarəçilik və komandanın inkişafı kompleks şəkildə olmalıdır ki, mənfi nəticə verməsin.

Oxuduğunuz üçün təşəkkür edirəm. Bunlar əksər idarəçilər tərəfindən düzgün qəbul olunmur. “Qılınc” əlində işçinin başı üstündə durmağın daha yaxşı nəticə verdiyini iddia edən xeyli sahibkar və idarəçi tanıyıram.

Kiçik büdcə ilə biznes ideaları axtarırsınızsa məqaləmi oxuyun.

avatar
  Abunə ol  
Bildirişlərə