Paylaşıldığı tarix:

Necə SMM menecer olmaq olar?

SMM menecer olmaq

Ölkəmizdə hazırda marketinq öz inkişaf dövrünü yaşayır. Yeni yaranan bu sahəyə böyük maraq var. Yeni başlayan bir çox şəxs isə adətən SMM menecer olaraq başlamağa üstünlük verir. Son zamanlar bir çox yerlərdə :  necə SMM ola bilərəm?  SMM üçün kurslar, SMM meneceri olmaq üçün kitablar axtaran insanlara şahid olduqdan sonra düşündüm bunu məqalə şəklində sizlərlə bölüşüm.

Digər reklam kanallarına nisbətən bu sahənin ölkədə ucuz və rahat marketinq kanalı olması sahibkarların bu kommunikasiya kanalına üstünlük verməsinə gətirib çıxarır. Beləliklə burdan da bu işləri görəcək SMM menecer ehtiyac yaranır. İnsanlar da iş tapmaq baxımından bu sahəyə fokuslanırlar.

Mənim fikrimcə hansısa şirkətin Sosial Media Marketinqini idarə edə bilmək üçün mütləq texniki biliklərdən əlavə bu şəxslərin marketinq bilikləri olmalıdır. Paylaşılacaq məzmun insanlar tərəfindən necə sevdirmək lazımdır? Hansı sosial mediada hansı paylaşım edilməlidir? Məhsul izləyicilərə necə təqdim olunmalıdır? İzləyicilərlə danışıq üslubu hansı cür olmalıdır kimi suallar və buna bənzər sualların cavabını bilməyən SMM menecer işi zamanı problem yaşaya bilər.

SMM menecer olmaq üçün ilk addım

Yuxarıdakı qeydlərim səbəbindən marketinq biliklərinə sahiblənməkdir. Ən azı marketinq ilə bağlı başlanğıc kitablarını oxuya bilərsiniz. Bu kitablarla kifayətlənməyib marketinq haqqında kurslar ala və məqalələr oxuya bilərsiniz. Bunlarla başlayıb davamını gətirsəniz axtarılan kadr olmaq ehtimalınız yüksəkdir.

SMM menecer olmaq üçün ikinci addım

Marketinq bilikləri öyrəndikdən sonra sizə lazım olacaq texniki biliklər var. Bu bilikləri də öyrənməlisiz ki, sosial şəbəkələri rahatlıqla idarə edə biləsiniz. SMM menecer üçün lazım olan texniki bilikləri öyrənməyin də bir neçə yolu var. Sırf bununla məşğul olan kurslardan biri ilə 1-2 aylıq proqramlar ilə bu hissəni bitirə bilərsiniz. Əgər öyrənməkdə yaxşısınızsa və tənbəl deyilsinizsə bu hissəni online platformalardan da öyrənmək imkanınız var. Youtube, Udemy, HubSpot academy və bir sıra platformalardakı dərslər köməyinizə çata bilər.

SMM menecer olmaq üçün üçüncü addım

Peşəkar bir mütəxəssis kimi sosial media marketinq strategiyası yazmaq və ya daha kiçik formada desək markalara yaxşı post ideyaları vermək istəyirsinizsə biraz da araşdırma və analiz edin. Beynəlxalq və yerli markalardan marketinq fəaliyyətləri ilə fərqlənən şirkətləri seçin və onların paylaşımlarını analiz edin. 5-10 arası şirkətin bu şəkildə analizini etsəz sonra işiniz xeyli asanlaşacaq. Bu analizi edərkən postların çalışın bütün detallarını nəzərə alasınız.

SMM menecer olmaq üçün dördüncü addım

Bunları edib işsiz qalan şəxsin fikrimcə tək bir şeyə ehtiyacı var. O da kimi iş təcrübəsidir. Əgər yuxarıdakıları etmisinizsə təcrübə proqramlarına müraciət edin. Bu təcrübə proqramları vasitəsilə siz peşəkar iş mühitində olub özünüzü daha da inkişaf etdirə və biraz sizə şərait yaratsalar portfolio yarada bilərsiniz. Çalışın şirkət sizə buna şərait yaradacaq şirkət olsun. Seçim zamanı mütləq baxın ki, bu şirkətin sizə təcrübələrini və biliklərini bölüşəcək mütəxəssis olsun.

Oxuduğunuz üçün təşəkkür edirəm. Ümid edirəm faydalı olar. Siz SMM menecer üçün hansı bilik və bacarıqlar lazımdır yazısını oxumaqla bu işə uyğun olub olmadığınızı da öyrənə bilərsiniz. Növbəti yazılarda görüşənədək.

avatar
  Abunə ol  
Bildirişlərə