ödənişsiz rəqəmsal marketinq kurslari

Ödənişsiz Rəqəmsal marketinq kursları axtarışında olan şəxslər və bu sahəni öyrənmək istəyənlər üçün online şəkildə faydalı və sertifikatlı kursları sizinlə bölüşürəm. Bu kurslar sizə təməl bilgilərə yiyələnməkdə effektiv şəkildə kömək edə bilər.

GOOGLE DİGİTAL GARAGE – Google təqdim etdiyi ödənişsiz rəqəmsal marketiq kursu

İlk kurs Google özünün təqdim etdiyi təməl rəqəmsal marketinq üzrə biliklər verir. 26 modul və 48 saatdan ibarət olan kursun sonunda imtahan var. İmtahanı uğurla keçsəniz sertifikat əldə edirsiniz. Bu kurs ilə siz SMM kursları, SEO və Google ads hətta E-commerce haqqında öyrənmək imkanı yaradır. Siz təməl bilgilərə sahib olursunuz.

rəqəmsal marketinq kursu Google
Bu rəqəmsal marketinq kursunu bitirdikdə şəkildəki sertifikat kimi sertifikata sahib olacaqsınız

Google Analytics academy – ödənişsiz sertifikatlı rəqəmsal marketinq kursları

Google özünün Google analytics academy bölməsindən siz həmçinin 4 əlavə kurs ala bilərsiniz. Bunlar yeni başlayanlar üçün Google analitcs, Peşəkar səviyyədə Google analitics, Google analytics 360 dərəcə və Google tag manager kursudur. Bu kurslarla da siz faydalı biliklər əldə edəcəksiniz.

UDEMY – Ödənişsiz bir çox rəqəmsal marketinq, SMM kursları

Yəqin ki, udemy haqqında eşitmisiniz. Bu sayt vasitəsilə siz bir çox rəqəmsal marketinq kurslarına çata bilərsiniz. Bu kursların içərisində ödənişsiz olub nələrsə öyrənəcəyiniz kurslar da az deyil. Öyrənmək üçün pis seçim deyil.

Linkedin Learning – Rəqəmsal marketinq kursları – SMM kursu

Həmişə demişəm Linkedin bir sosial şəbəkədən daha artığıdır. Linkedində olan kurslar ilə də siz biliklərinizi xeyli inkişaf etdirə bilərsiniz. Burda həmçinin tək rəqəmsal marketinq yox başqa kurslar da var. Şiddətə qarşı olmasam da Linkedin learning bölməsindənki kursları bitirmənizi şiddətlə tövsiyyə edərdim 😀

Hubspot academy – SMM və rəqəmsal marketinq kursları

Ölkəmizdə çox məşhur olmayan amma çox faydalı olan Hubspot academy də sizin ödənişsiz rəqəmsal marketinq kursları tapa biləcəyiniz bir məkandır. Burdakı kurslar da faydalı olmaqla bərabər bitirdikdə sertifikat verilir. Təbii ki, sertifikat boş şeydir, biliklər önəmlidir.

Online kurslar sizə kömək etmir və üzbəüz kimdənsə öyrənmək istəyirsinizsə Xüsusi proqramla SMM kursu ilə sizə bildiklərimi bölüşməkdən məmnun olaram. Hazırladığım xüsusi proqram ilə yerli bazarın və bu sahənin tələblərinə uyğun biliklər tədris edirəm. Kursu bitirən tələbələrimdən narazı qalan olmayıb 🙂

avatar
  Abunə ol  
Bildirişlərə