Paylaşıldığı tarix:

Pandemiyadan sonra üçün onlayn biznes ideyaları

onlayn biznes ideyalari

Onlayn biznes ideyaları haqqında danışmamışdan biraz Azərbaycanda onlayn ticarət haqqında danışım. Onlayn ticarət son dövrlərdə bütün dünyada öz əhəmiyyətliliyini və faydalılığını göstərdi. Covid 19 dan sonra isə bir daha insanlar biznes dünyasında onlayn ticarətin əhəmiyyətini anladı. İstər peşəkar şəkildə bu işlə məşğul olan şəxslər, istərsə də mağazanın qarşısına nömrə yazıb onlayn işləyirik deyən sahibkarlar anladılar ki, müştəri davranışları dəyişir. Alıcı nəsli artıq “toxunmasam almaram” deyən nəsil yox, “sifariş verim evimə gəlsin” deyən nəsildir. Bununla da ölkəmizdə də bu sahəyə maraq get-gedə artmaqdadır. Artıq Onlayn biznes qurmaq istəyən şəxslər var və bu şəxslər hansı sahəyə yatırım edəcəklərini axtarırlar . Ölkəmizdə onlayn bizneslərin əsas məskəni olan İnstagramın üstünlükləri çox sadə olması idisə, biraz daha strateji düşünən şəxslər özlərinə sayt yaradıb daha peşəkar və ciddi şəkildə bu işlə məşğul olmaq istəyirlər. Mən müəyyən araşdırmalarım və analizlərim ilə sizin üçün bəzi fikirlərimi bölüşəcəm. Hansı ki, ölkəmizdə hansı onlayn biznesləri qurmaq olar və bunların niyə uğurlu olmaq ehtimalları daha çoxdur.

Bəs niyə İnstagram yox vebsayt ilə onlayn biznes qurmalıyam sualını verirsinizsə bunun sadə izahını belə verim. İnsanlar nəyinsə haqqında məlumat axtararkən əsasən axtarış platformalarından (Google, Yandex və s.) istifadə edirlər. Bu səbəbdən də bu cür axtarış edən şəxslərin sizin potensial müştəriniz olduğunu qəbul edərək onların qarşısına çıxmaq sizə bol satışlar gətirəcəyi gerçəyini yaradır. Nəzərə alsaz ki, siz İnstagramda reklam qoyduğunuz zaman adətən təxmini müştəri profilinizə reklam yerləşdirirsiniz. Axtarış platformasında hansısa məhsul haqqında məlumat axtaran şəxs isə birbaşa sizin məhsulunuzu almaq üçün axtarış edir. Bu da o şəxsin sizin gələcək potensial müştəri olması ehtimalını ortaya çıxarır. 

Onlayn biznes ideyaları axtaran şəxslər bu fikirlərdən faydalana bilər. Faydalı olmaq məqsədi ilə sizinlə bir neçə onlayn biznes ideyaları bölüşəcəm. Sizi çox gözlətmədən bunlar haqqında danışmaq istəyirəm.

Sizlə bölüşəcəyim onlayn biznes ideyaları :

1. Onlayn oyuncaq biznesi.

Ölkəmizdə bir çox oyuncaq mağazalarının olmasına baxmayaraq bunların əksəriyyəti sırf oflayn mağaza və instagram üzərindən fəaliyyət göstərməkdədirlər. Qeyd etdiyim kimi, axtarş platformalarında bu sahə ilə bağlı axtarış edən şəxslər öz axtardıqlarını elan saytları və s kimi platformalarda tapırlar. Bu sahədə güclü rəqabət olmadığından (bir neçə burda işlər görən şirkətlər var) siz rahatlıqla öz müştəri payınızı qazana bilərsiniz. Bir biznesin foksu olaraq onlayn oyuncaq magazası biznesini formalaşdırsaz mən uğurlu ola biləcəyini düşünürəm.

2. Onlayn hədiyyə biznesi.

Demək olar ki, instagramda bu biznesin oxşarları yüzlərlədir. Ancaq araşdırma edərkən onlayn hədiyyə mağazası kimi mövqeylənən və bu bazarda ciddi işlər görən bir şirkət qarşıma çıxmadı. Siz əsasən də bayram dövrlərində bu sahədən həm yaxşı pul qazana bilərsiniz, həm də kiçik xərclərlə daha çox müştəriyə çata bilərsiniz. İnsanlar məncə bu məhsul üçün də evdən sifariş verib hədiyyələrin lazımı ünvana çatmasını almaqdan məmnun olarlar.

3. Onlayn kitab biznesi.

Ölkəmizdə kitab oxuyan nəsil son dövrlərdə xeyli artmaqdadır. Bu bazarda bir neçə şirkət uzun bir müddətdir ki, özlərini lider kimi mövqeyləndiriblər. Siyahıda bu biznesin olma səbəblərindən biri davamlı olaraq bazarın böyüməsidir. Həmçinin bazarda mövcud olan şirkətlərin yeniliklərə açıq olmaması və müştərilər ilə kommunikasiyalarındakı problemlərdən dolayı qısa zamanda əldə edə biləcəyiniz müştərilər sizi gözləyir deyə bilərəm.

Bizneslər əsasən müştəri davranışlarına uyğun formalaşdırılır. Hazırda pandemiya səbəbindən insanlarda onlayn alış-veriş davranışları əvvəlki dövlərə nisbətən xeyli inkişaf edib. Bu davranışların dəyişməsindən faydalanmaq üçün təbii ki, daim bu davranışları izləmək və araşdırmaq lazımdır. Bu qeyd etdiylərim mənim araşdırmalarım və fikirlərimin nəticələridir. Həmçinin bu bazarlardan əlavə kiçik və niş kütlələr üçün onlayn ticarət ilə məşğul olaraq yaxşı gəlirlər əldə edə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkür edirəm. Bu bloqu oxuduqdan sonra hədiyyə biznesi qurmaq istəyirsinizsə hədiyyə biznesləri üçün marketinq adddımları məqaləmi oxuyaraq faydalana bilərsiniz.

Bu bizneslərdən birini qurmaq fikrinə düşsəz fikirlərimi sizinlə bölüşməkdən məmnun olaram. Mənimlə əlaqəyə keçərək suallarınızı ünvanlaya bilərsiniz.

avatar
  Abunə ol  
Bildirişlərə