Paylaşıldığı tarix:

Rəqəmsal Marketinqdə ən çox işlənən sözlər və onların mənaları

Marketinqdən danışıb rəqəmsal marketinq haqqında danışmasaq olmaz.  Rəqəmsal marketinq sahəsinə aid tez-tez işlədilən bir çox termin var. Bu terminlərin nə demək olduğunu bildiyimiz halda işimizi asanlaşdıra bilərik və agentliklərdən xidmət alarkən çətinliklərlə üzləşmərik.

Rəqəmsal marketinq hazırda bir çox sahədə çox geniş istifadə olunur.

Brief

Bu sahədə ən məşhur sözlərdən biridir. Bu söz şirkətin istədiyi layihənin və ya işin agentlikdən gözlədiklərinin qısa xülasəsidir. Unutmamaq lazımdır ki, düzgün brief yaxşı iş ortaya çıxarır.

Kontent (Məzmun)

Ümumiyyətlə bir blog, video, sosial media postu, foto məzmun ola bilər. Kontent olmadan heç bir rəqəmsal marketinq haqqında danışa bilmərik. 

Outsourcing

Səmərəlilik, sürət, keyfiyyət, maya dəyəri kimi səbəblərə görə işçilərin həyata keçirdikləri fəaliyyətlərin şirkət xaricindəki müəssisələrə müqaviləli şəkildə ötürülməsidir.

Landing page

Online reklamlara kliklənildikdə açılan səhifədir. Əsas səhifə ilə tez-tez qarışdırılan bu səhifənin əslində çox aydın və aydın məqsədləri var.

1) Şirkət tərəfində geridönüş əldə etmək.

2) İstifadəçi tərəfində axtardığın bir gedişdə tapmaq üçün.

FAQ (Frequently Asked Questions)

Bu  ziyarətçilər tərəfindən tez-tez verilən suallar deməkdir. İstifadəçilərin asanlıqla tapıb oxuya bilmələri üçün qurulmuş səhifələrdir. 

CRM (Customer relations management)

Şirkətin mövcud və potensial müştəriləri ilə əlaqələrini izləmək, təşkil etmək və inkişaf etdirmək üçün həyata keçirdiyi sistematik proseslərdir. CRM proqramı bu prosesləri dəstəkləmək üçün istifadə olunur. məqsəd; müştəri xidmətinin yaxşılaşdırılması, müştəri məlumatlarının daha çox yönəlmiş marketinq fəaliyyəti üçün istifadə edilməsi və müştəri sədaqətinin yaradılması.

SMM (Social Media Marketing)

Facebook, Instagram, Twitter, Google+ və LinkedIn kimi sosial media hesablarından markanın rəqəmsal marketinq strategiyasına uyğun kampaniyaları idarə etmək və bu kampaniyaları marketinq fəaliyyətlərinə daxil etmək. 

Hashtag

# simvolu və ona bitişik yazılan sözlə birlikdə həştaq sayılır. Həştaq klik oluna bilir və bu işarə altında yazdığımız mətni, şəkli və ya videolar bir araya toplanır.  Həştaq əsasən bəyənmə sayı, izləyiciləri artırmaq, trend mövzuları müzakirə etmək üçün istifadə olunur.

Piksel

Bu izləmə məqsədləri üçün veb saytınıza daxil edilmiş bir kod parçasıdır. Müştərilərinizə və veb saytınızdakı hərəkətlərinə dair analitik və məlumat toplaya bilər. Facebook ilə müştəriləri yenidən qurmaq üçün piksellərdən də istifadə edə bilərsiniz. Saytınızdakı piksel ziyarət edən hər bir müştərini izlədiyi üçün bu məlumatları gələcək Facebook reklamlarında hədəfləmək üçün istifadə edə bilərsiniz.

RTM (Real Time Marketing)

Başqa sözlə desək,  şirkət gündəmdə olan mövzuları izləyərək,  öz mesaj və təklifləri həmin mövzuya uyğunlaşdıraraq müştəriyə çatdırmağa çalışır.

Engagement

Sosial mediyada paylaşımlarınıza gələn izləyici reaksiyalarıdır. Buna rəy, paylaşım, bəyənmək və s reaksiyalar daxildir.

SEM (Search Engine Marketing)

Axtarış sistemlərində (Google, Yandex və s.) axtarılan sözlər üzerinden edilən rəqəmsal marketinq növüdür. Axtarış sistemləri ilə qısa zamanda nəticə almaq mümkündür.

SEO (Search Engine Optimization)

Axtarış sistemlərində (Google, Yandex və s.) optimizasiya edilməsidir. SEM-ə nisbətən uzun müddətə nəticə versə də elə uzun müddət də fayda görə bilərsiniz.

Keyword

Dilimizdə çox halda tərcümə edilmədən işlənsə də açar söz də deyilir. Müştərilərinizin adətən axtarış sistemlərində axtardığı sözlərdir. Bu sözlərə hədəflənərək potensial müştərilərinizə çata bilərsiniz.

Conversion

Veb sayt və ya mobil tətbiqetmə kimi rəqəmsal mediada hədəf alınan fəaliyyət  Conversion adlanır. Fərqli iş modelləri olan rəqəmsal kanalların fərqli  Conversion məqsədləri var. Elektron ticarət saytları üçün alış -veriş , video saytları üçün izləmək və bloglar üçün oxumaq kimi fərqli Conversion-lar müəyyən edilə bilər .

Frequency Capping

Göstəriş sıxlığı anlamına gəlir. Əsasən bir reklamın eyni internet istifadəçisinə nə qədər göstərilməsi sıxlığıdır. Bunun vasitəsilə reklamı bir insanın qarşısına nə qədər zamandan sonra təkrar çıxarmağı müəyyən edirsiniz.

Impression

Reklamınızın bir dəfə görünməsi anlamına gəlir. Bir istifadəçi səhifədə reklamı bir dəfə gördüyü zaman bir impression olmuş olur. Səhifə görünməsi sayı adətən çox olduğundan 1000 ədədi üçün olan ödənişlə hesablanır. 

UX User Experience

Müştərinin müəyyən bir işlə əlaqəli ümumi təcrübəsi. Mükəmməl bir müştəri təcrübəsi təmin etmək üçün bir müştəri kimi düşünmək və ya daha yaxşı olmaq, müştəri olmaq lazımdır

CPA (Cost per Acquisition)

Bir Müştərinin əldə etmək şirkətə nə qədər başa gəlirsə onun göstəricisidir. Bu göstərici nə qədər aşağıdırsa o qədər yaxşıdır.

CPC (Cost per Click)

Hər  klik üçün düşən ödənişin göstəricisidir. CPC-in az olması şirkət üçün daha çox müştəri cəlb etmək imkanı var deməkdir.

ROI (Return Of Investment)

Edilən İnvestisiyanın   qaytarılmasıdır. Bu hesab marketinqin əsasını təşkil edir, çünki marketinq fəaliyyətləri qısa və ya uzun müddətdə şirkətə qazanc gətirmək üçün həyata keçirilir. 

CPL (Cost per Lead) –

Üç sözün qısaltmasıdır. Hər doldurulan forum və ya üzvlük üçün olan ödənişdir. Xatırladım ki, lead reklamı əlverişli reklam növüdür.

CTR (Click Through Rate)

Müəyyən bir linki kilik edən istifadəçilərin həmin linki görən istifadəçilərin ümumi sayına nisbətidir. Bu göstərici % ilə göstərilir.

CTA (Call To Action)

Fəaliyyətə çağırış kimi tərcümə olunan bu ifadə  müştərilərin diqqətini cəlb etmək və onları klikləmək, satın almaq və e-poçtlarını vermələrinə sövq edir. Fəaliyyətə çağırış sosial media reklamlarında, e-poçt kampaniyalarında və ya veb saytınızda istifadə edilə bilər. 

Bounce Rate

Saytınıza daxil olarkən yalnız daxil olduğu səhifəyə baxıb çıxan istifadəçi nisbəti ilə hesablanır. Google Analytics veb saytınız üçün Bounce Rate nisbətini sizə göstərəcəkdir. 

A/B Split test

Hər hansı bir reklam növü işləyərkən test etmək yaxşıdır. Bu, ən yaxşısını görmək üçün eyni anda 2-3 oxşar reklam qoymuş olursunuz. Eyni görüntüyü işlədə və surəti dəyişdirə və ya əksinə edə bilərsiniz. A / B split testi insanların hansı reklamı daha çox bəyəndiyini göstərməklə izləyiciləri hədəf almağa kömək edəcəkdir. 

Fikirlərinizi rəy ölməsində qeyd etsəz sevinərəm. Növbəti bloq nə haqqında olsun istərdiniz? Bu yazıda başqa hansı terminlər sizin fikrinizcə əlavə edilməlidir? “Marketinq sahəsində ən çox işlənən terminlər” bloquna daxil olaraq marketinq terminləri haqqında biliklər əldə edə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkürlər. Növbəti bloqlarda görüşərik

avatar
  Abunə ol  
Bildirişlərə