satışları necə artırmaq olar?

Satışı necə artırmaq olar?

Bu məqalədə yer alır:

  • Satışı artırmaq üçün addımlar
  • Satışı artırmaq üçün məsləhətlər
  • Satışı necə artırmaq olar?

Yaxşı məsləhətçi olun

Alış-veriş edərkən biz müştəri kimi satıcıların bizə sMüştəri nə istəyir bilinatış etməsini yox, bizə məhsulla bağlı dügzün məlumat verməsini gözləyirik. Məsələn bal bir komputer alırsınız, onun bütün detallarını və məlumatlarını bilmədiyimiz halda satıcı bizim istək və ehtiyaclarımıza uyğun şəkildə düzgün məhsulu bizə məsləhət görməlidir. Müştəri satıcıdan məsləhət qəbul etməsi üçün isə onun bu haqda daha məlumatlı olduğunu hiss etməli və satıcıya güvənməlidir. Biznesinizin satış hissəsində müştərilərə məsləhət verə biləcək adamlar yerləşdirin və ya satışı özünüz edirsinizsə bu üsulu yoxlayın. Əminəm ki, faydalı olacaq.

Müştəri nə istəyir bilin

Satışı necə artırmaq olar deyə düşünən hər bir biznesmen müştəri nə istəyir bilmir. Hər bir müştəri bir məhsul və ya xidmət alarkən gözləntiləri olur. Biz satan tərəf olduqda bu gözləntiləri müştəridən düzgün öyrənməliyik ki, onun ÜRƏYİNCƏ olan məhsulu təklif edək. Ürəyincə olan məhsul isə müştərinin alması ehtimalı yüksək olacaq. Təbii ki, həmin zaman məhsulun müştəri axtardığı özəllik və xüsusiyyətlərini müştərimizə çatdırmamız lazımdır. Belə edin və satışın daha rahat olmasını görəcəksiniz.

Faydaları çatdırın

Məhsul və ya xidmət satmağınızdan asılı olmayaraq. Alıcı şəxs ödədiyi istədiyi məhsuldan alacağı fayda üçün verməyə razıdır. Siz faydaları göstərməyi bacarsaz müştəri həmin ödədiyi məbləğin boşa getmədiyinə inansa satış prosesiniz rahatlaşacaq və satışlarınız artacaq. Məsələn telefon satırsınız: Yaddaşının 256GB olmasından çox müştəriyə bu xüsusiyyətin ona verəcəyi faydadır. Bu halda bildirsəz ki, yaddaş 256 GB olduğundan telefon donmayacaq, tez-tez hansısa proqramı silmək məcburiyyətində qalmayacaq. Bu zaman müştəri həmin fayda üçün əlavə məbləğlə tərəziyə qoyacaq. Bu isə qiymət etirazı edən, bahadır deyən şəxsləri müştəriyə çevirəcək.

Satışları artırmaq üçün satış prosesində bunları edin

Aydınlaşdırın

Adətən satış mərhələsində müştərilərin böyük qismi prosesi tamamlamır. Fərqli səbəblərdən almadan sizi tərk edirlər. Bu problemin həlli üçün siz müştəriylə durumu aydınlaşdırmalısınız. Düşünəcəm deyən müştərinin nəyi düşünəcəyini bilməniz, bahadır deyən müştərinin nəylə müqayisə edib baha olduğunu düşündüyünü bilməniz sizə yerindəcə və daha sonra bu problemlərə həll tapmaqda kömək edəcək. Yerində və ya sonra bu problemə həll tapdıqda isə satışlarınız artacaq.

Daddırın

Satışda olan çox şəxs bu metodun effektiv olduğunu qəbul edir. Əgər məhsul və xidmətinizə güvənirsinizsə müştəriyə bu xidməti yoxlamasını təklif edin. Hətta buna şərait yaradın. Məsələn geyim mağazasısınızsa mütləq kabinlərinizə diqqət edin, sayı yetəri qədər olsun, növbə olmasın, işıqlı və səliqəli olsun. Bu halda müştəri həmin geyimin ona yaraşdığına əmin olacaq və məhsulu almağa daha yaxın olacaq. Bu təkcə geyim üçün yox bir çox sahə üçün keçərlidir. Brend deyilsinizsə, məhsulunuza inam çox yüksək deyilsə həmişə müştərilərinizə keyfiyyətinizi yoxlamaq imkanı yaradın. Bu da satışlarınızı artıracaq.

Ümid edirəm faydalı oldu. Bu məqaləni oxudunuzsa artıq satışı necə artırmaq olar bilirsiniz. İndi bu addımları satışlarınıza tətbiq etməniz qalır. Elə isə indi başlayın və tətbiq edin.

Məni İnstagramda izləyin : https://www.instagram.com/orxansalmanovcom/

Xüsusi proqramla tədris etdiyim kurs haqqında maraqlanmaq üçün keçid edin: https://orxansalmanov.com/marketinq-reqemsal-marketinq-smm-kursu/

avatar
  Abunə ol  
Bildirişlərə