Paylaşıldığı tarix:

SMM ilə bağlı ən çox verilən suallar

SMM ilə bağlı tez-tez verilən suallar

SMM ilə bağlı tez-tez verilən 5 sualla tanış olun

SMM ilə bağlı ən çox verilən suallar içərisində Sosial media marketinq, SMM qruplarında tez-tez SMM sahəsi ilə bağlı SMM öyrənmək istəyən və ya bu sahə ilə məşğul olan şəxslərin aşağıda yazdıqlarımı soruşduğunu görürürük. Bu sualların bəziləri texniki məsələlər ilə bağlı olur. Sosial media marketinq tərəfi ilə bağlı olan bir neçə sualın cavabını sizinlə bölüşmək istəyirəm. Ümid edirəm SMM öyrənmək istəyənlərə və biznes ilə məşğul olan şəxslərə faydalı olar. Bununla da siz bu problemlərin həllini öyrənmiş olarsınız.

SMM ilə bağlı ən çox verilən suallar – 1

Şirkətimizin səhifəsi ilə Giweawaylərə qoşulmalıyıqmı? SMM tərəfindən bizi hansı nəticələr gözləyir?

İnstagramda bir səhifəniz varsa tez-tez müsabiqəyə qoşulmaq ilə bağlı cazib təkliflər alacaqsınız. Mənim fikrimcə bu sizin məqsədinizdən asılıdır. Siz müsabiqəyə qoşulub səhifəniz üzərindən satışları artırmaq istəyirsinizsə buna nail olmaq ehtimalınız çox azdır. Çünki ordan gələn izləyicilərin bir hissəsi saxta profillər, bir hissəsi sadəcə müsabiqə müddətində qoşulub sonra çıxan şəxslərdir.

Həmçinin nəzərə alın ki, İnstagram müxtəlif alqoritmlər ilə işləyir. Sizin səhifə ilə maraqlanmadan gələnlər postlarınıza da maraq göstərməyəcək və bu paylaşımların daha az şəxsə çatmasına səbəb olacaq.

Bəs Giweawaylərə qoşulmağın müsbət tərəfi nə ola bilər?

Əgər siz müsabiqədən qazanacağınız izləyiciləri sadəcə reklam ilə səhifənizə gələnlərin inamını qazanmaq üçün “follower” sayını çox göstərmək istəyirsinizsə bu halda qoşula bilərsiniz. Bəzi sahələrdə müştərilər alış qərarı verərkən səhifənin izləyici sayına baxaraq verirlər. Onlar düşünür ki, izləyicisi az olan səhifələr etibarlı deyil. Bu zaman siz o izləyicilər üçün səhifə izləyicinizi artırmaq yolu olaraq müsabiqələrə müraciət edə bilərsiniz.

SMM ilə bağlı ən çox verilən suallar – 2

Reklamı instagramdan yoxsa Facebookdan verməliyik?

Bu suala həmişə bir analogiya ilə cavab verirəm. Təsəvvür edin ki siz yeni maşın sürməyə başlayan birisiniz sizin qarşınzda iki seçim var. Biri 180 sürətlə limitlənən sovet maşını, digəri isə 400 km sürətə malik sport maşındır. Siz hansını daha yaxşı idarə edərsiniz? Ya da hansı ilə qəza etmək ehtimalınız daha çoxdur?

Belə ki Facebook biznes menecer bizə çoxlu imkanlar verir. Siz bu toola yaxşı bələdsinizsə və həmin sahənin targetini düzgün analiz edib keyfiyyətli target çıxara biləcəksinizsə daha effektlidir. Yox sahə və toola bələd deyilsinizsə və ya sahəniz xüsusi targeti sevmirsə elə İnstagram tool da sizə daha faydalı olacaqdır.

Demək istədiyim İnstagramın “promete” düyməsi sadə şəkildə bunu edə bilmək üçündür. Yəni çox dərin araşdırmalar testlər etmədən, əsaslı data olmadan reklam qoyub uğur qazana bilərik. Amma saydıqlarım varsa Biznes menecer ilə daha böyük uğur qazanmaq mümkündür.

Qeyd: Mənim özüm də bəzi hallarda instagramın özü ilə verirəm reklamı bu qeyri peşəkarlıqdır deyə düşünmürəm sadəcə spesifik zamanlarda bunu ümumiləşdirib Biznes menecerdənsə İnstagram daha yaxşıdır deyənlər üçün yazdım.

SMM ilə bağlı tez-tez suallar – 3

SMM -dən müraciət var amma satış yoxdu. Niyə?

Sosyal media sizin bir reklam kanalınızdır. Siz bu kanaldan müraciət alırsınızsa və bu müraciətlər satışa çevrilmirsə demək ki, hər hansı məsələni nəzərə almamısınız. Təcrübəmə əsasən deyə bilərəm ki, bu halda ən çox cavablamada olan şəxsin satış bacarıqlarının aşağı olması, müştərilərə şablon cavabların verilməsi, məhsul və ya xidmətdə olan problemlər səbəblər ən çox rast gəlinənlərdir. Bu zaman yenə siz analiz etməli və dəyişikliklər ilə fərqli üsulları yoxlamalısınız.

QEYD: Bunu etməmişdən Marketinqdə qərarlar paylaşımıma baxmamısınızsa gözdən keçirməyi unutmayın.

SMM ilə bağlı ən çox verilən suallar – 4

Səhifəmdə aktivlik çox aşağıdı nədən ola bilər?

İnstagram alqoritmasının əsası müştəri davranışlarına əsaslanır. Belə ki, sizin paylaşımlarınızı izləyiciləriniz bəyənirsə daha çox insana çatacaqsınız və aktivlik yüskək olacaq. Səhifənizdə aktivlik aşağı düşübsə əsas səbəblərdən biri məzmundur və siz anında məzmununuza əl atmalısınız.

Belə ki, like, rəy, save və share çox gətirəcək paylaşımlar tapmalısınız. Bunun başqa səbəbləri də ola bilər. Siz bu səbəbləri müəyyən etmək üçün detallı analiz aparmalısınız. Axı əvvəl də dediyimiz kimi marketinq sahəsi analiz bacarığı tələb edir.

SMM ilə bağlı mütamadi verilən suallar – 4

SMM -dən müraciət var amma satış yoxdu. Niyə?

Sosyal media sizin bir reklam kanalınızdır. Siz bu kanaldan müraciət alırsınızsa və bu müraciətlər satışa çevrilmirsə demək ki, hər hansı məsələni nəzərə almamısınız. Təcrübəmə əsasən deyə bilərəm ki, bu halda ən çox cavablamada olan şəxsin satış bacarıqlarının aşağı olması, müştərilərə şablon cavabların verilməsi, məhsul və ya xidmətdə olan problemlər səbəblər ən çox rast gəlinənlərdir. Bu zaman yenə siz analiz etməli və dəyişikliklər ilə fərqli üsulları yoxlamalısınız.

Bunu edərkən diqqətli olmanız çox vacibdi. Atacağınız addım gələn müraciətləri də itirə bilər. Ehtiyatlı olun.

Daha çoxunu öyrənmək üçün SMM kursu linkinə keçid edərək tədris proqramı ilə tanış ola və faydalana bilərsiniz. Bu SMM kursları gələcəyini bu sahədə qurmaq istəyən, bu sahədə çalışıb peşəkarlaşmaq istəyən və biznesi olub onun işlərini görmək, nəzarət etmək niyyəti olanlar üçündür.

avatar
  Abunə ol  
Bildirişlərə