Paylaşıldığı tarix:

SMM kursları bizə nə öyrədir ? Nə öyrətməlidir?

SMM menecer kursları

SMM kursları ilə öyrənməli olduqlarımız nələrdi?

SMM kursları ilə maraqlanan şəxslərin sayı artmaqdadır. Bu eynisiylə SMM kursları sayının da artmasına səbəb olub. Hazırda bir çox yerlərdə qarşıma bu cür elanlar çıxır. Hətta bəzi SMM kursları “kursa yazıl, online işin olsun” kimi sloqanlarla da tələbə “tutmaq” üçün yarışırlar. Əslində isə SMM öyrənmək və yetişdirmək belə asan deyil. İlk öncə bu kurslar verdikləri mesajı düzgün müəyyən etməlidirlər. Bir neçə aylıq kurs keçən şəxslərin hamısı rahatlıqla frilans SMM işləri görə biləcək deyə düşüncə sadəcə təcrübəsiz və məlumatsız şəxslərin aldanmasına gətirib çıxara bilər.

Sosial media marketinq mütəxəssisi kimi yetişmək istəyən şəxslər xeyli biliklərə və bacarıqlara yiyələnməlidirlər. SMM mütəxəssisi olmaq üçün bilik və bacarıqlar yazımda da bu bacarıqlara toxunmuşam. Yazıya keçid edərək SMM mütəxəssisin nələri bilməli və bacarmalı olduğunu oxuya bilərsinzi. SMM kursları isə bir aylıq proqramla bunları öyrətməsi asan deyil. Əslində SMM kurslari tələbələrə yönləndirmə etməli və özlərinin öyrənə bilməyəcəkləri bilgi və bacarıqları aşılasa çox yaxşı olar. Youtube ilə tapa biləcəyi məlumatları yox.

Son zamanlar SMM kursu elanlarının artması səbəbindən öz xüsusi proqramımı hazırladım. SMM kursu axtarışında olan şəxslər üçün bu proqram ilə SMM mütəxəssisi kimi yetişmələri üçün əlimdən gələni edirəm.

Mən düşünürəm ki, SMM kurslarına yazılan tələbə gedib orda Facebookda post paylaşmaq, reklam qoymaq kimi üsulları öyrənmək üçün vaxt və maddiyyat sərf etməsi yanlışdır. Bunları Youtubeda və bir çox alterantiv yerlərdən öyrənmək olar. Əgər bunları öyrənmək istəyir və hardan öyrənəcəyinizi bilmirsinizsə mənə İnstagramda yazın sizə mənbələr verim.

ÖZƏL PROQRAMLA SMM KURSLARI ÜÇÜN QEYDİYYATDAN KEÇ

SMM olmaq istəyirsiniz bu texniki bilgiləri yox nəyi öyrənəcəyinizi tapa bilmirsinizsə ilk öncə marketinqi öyrənməkdən başlayın deyirəm. SMM açılışı Sosial media marketinq olaraq tanınır və bunu sosial mediada marketinq olaraq da düşünə bilərsiniz. Siz marketinqi bilməli və onu sosial mediaya adaptasiya edə bilməlisiniz. Sizin sosyal mediada nə iş görəcəyiniz bilməsəniz reklam qoymaq bacarığı sizin köməyinizə çatmayacaq. Siz marketinqi bilsəz SMM kursları olmadan da Facebook və instagramın “Reklam et” düyməsi ilə yaxşı nəticələr əldə edə bilərsiniz.

Həmçinin siz SMM kurslarını bitirən kimi hərşeyi bilmiş olmursunuz. Kurslar sizə müəyyən bilikləri öyrədə bilər amma SMM kursunu bitirdikdən sonra da siz öz üzərinizdə işləməlisiniz. Nəzərə alın ki hazırda çox şəxs SMM menecer olmaq və bu sahədə çalışmaq istəyir. Bu rəqabətli mühitdə və tez-tez yenilənən bu sahədə davamlı öyrənmək üçün çalışmalısınız.

SMM mütəxəssisi kimi inkişaf etmək bu sahədə çalışmaq, Biznesinizin sosisal medialarını peşəkar idarə etmək, çalışdığınız outsource şirkətləri rahat monitorinq edib onların sizə daha yaxşı xidmət göstərməsini istəyirsinizsə özəl proqramla hazırladığım SMM kursu üçün qeydiyyatdan keçə bilərsiniz.

avatar
  Abunə ol  
Bildirişlərə