Paylaşıldığı tarix:

SMM şirkəti işçiləri nə qədər maaş alır?

SMM şirkəti işçiləri nə qədər maaş alır

Marketinq, SMM kimi sahələrin ölkəmizdə getdikcə inkişaf etməsi sevindirici haldır və bunun şahidi oluruq. Günlük həyatımızda SMM şirkəti və şirkətin daxili komandası üçün tez-tez işçi axtarıldığının şahidi oluruq. Bu elanlarda tələblərin düzgün olmaması və əmək haqqının rəqəmləri bizi bəzən təəccübləndirir. Düşünürəm ki, bu sahənin inkişafı üçün insanların bir çox mövzuda məlumata sahib olmaları faydalı olar. Bu məlumatlara fikrimcə əməkhaqqı miqdarı da daxildir. Belə ki, kimlərsə bu sahəyə gəlib əməkhaqqından narazı olub həyatında səhv addım atmasın, şirkətlərdə işə başlayarkən aldadılmasın. Bütün bunlar çətin olsa da bu sahəyə yeni gələn və ya maaşlardan xəbəri olmayan şəxs bu mövzuda problem yaşaya bilər. Bu səbəbdən bəzi vəzifələri əməkhaqqıları haqqında olan məlumatları aralıq göstərərək sizinlə paylaşmaq istəyirəm. Qeyd edim ki, rəqəmlər orta olaraq düşünülüb və nə ən peşəkar ekspertlərə nə də təzə başlayan şəxslərə aid deyil.

SMM mütəxəssis.

Agentliklərin vacib hissələrindən olan bu əməkdaşlar həm SMM şirkəti, həm də hər hansı bir şirkətin marketinq departamentində çalışarkən aldıqları maaşlar yaxındır. Ortalama olaraq maaş 400-600 manat arası dəyişir.

Qrafik dizayner.

Əmək haqqı rəqəminin SMM mütəxəssisə nisbətən biraz çox olması səbəbindən adətən kiçik şirkətlər daxilində dizayner olmur. Agentliklər daha çox bu şəxslərin iş yerləri olur və ona uyğun bir neçə şirkətin işini görərək əməkhaqqı alırlar. Qrafik dizaynerlərin ortalama maaşı 700-1000 manat arası dəyişir.

Kontent menecer.

Bu vəzifə ölkədə məzmun marketinqinin çox yeni olması ilə bağlı hələ o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq bu vəzifə ilə bağlı da tez-tez elanlar görürük. Əksər elanlarda görülən və əksər bu vəzifədə çalışanların aldığı maaş da o qədər yüksək deyil. Kontent menecer aylıq əməkhaqqısı adətən 400-600 manat arası dəyişir.

Kopirayter.

Kopirayterlərin də əsas iş yerləri agentliklərdir. Bu vəzifəni daşıyan şəxslər adətən intelektual və yaradıcı insanlar olur. Yaxşı kopirayter tapmaq da asan iş deyil. Bu sahənin ortababab mütəxəssisləri də aylıq olaraq 700-1000 manat aralığında maaş alırlar. SMM mütəxəssislərə yəqin ki, bu maaş da bir daha göstərər ki, agentlik daxilində kopirayter işi görüb SMM maaşı almanız sizə qarşı ədalətsizlikdir.

Art direktor.

Bəlli bir təcrübə keçmiş bu şəxslər az maaş qarşılığında işləəməyə asan razı olmurlar. Adətən 4 rəqəmli maaş alan bu əməkdaşları məmnun etmək yuxarıdakılara nisbətən çətindir. Art direktorların ortalama maaşı 1000-1500 manat arası olur.

Rəqəmsal marketinq mütəxəssisi

Əgər bu sahədə həqiqətən mütəxəssis olsaz məncə yaxşı qazanmalısınız. Təbii ki, agentliklərdə SMM işi görüb özünə expert deyənlər elə SMM maaşı üçün işləyəcəklərdir. Agentliklərdə və şirkətlərin daxili komandasında çalışan əsl Rəqəmsal marketinq mütəxəssisi isə 800-1500 manat arası əməkhaqqı alır. Bu sahədə aralığın çox olması səbəbi genişliyi ilə əlaqəlidir.

Marketinq mütəxəssisi

Əksər agentliklərdə olmasa da bu vəzifəni daşıyan şəxslər əsasən şirkətlərin marketinq komandalarında özlərinə yer tapırlar. Digər vəzifələrdən fərqləndirməyib orta peşəkarlığı düşündükdə marketinq mütəxəssislərin 700-1200 manat arası əməkhaqqı aldığını deyə bilərik. Bu sahədə təcrübə artıqca maaşınız digərlərinə nisbətən daha tez arta bilər.

Account menecer

Bu vəzifə demək olar ki, şirkətlərin daxili komandalarında olmur. SMM şirkəti daxilində bu vəzifəni daşıyanlar isə fərqli işlər görməsinə baxmayaraq maaşlar adətən yaxın olur. Account menecer olaraq çalışan şəxs aylıq ortalama 450-600 manat əməkhaqqı alır.

Layihə meneceri

Şirkət daxilində olduqda və bu sahə üzrə ixtisaslaşdıqda sizi əmin edə bilərəm ki, çox-çox yüksək əməkhaqqılarla işlənilən bir sahədir. Sadəcə bu sahə də digərlərindən geri qalmayaraq ölkəmizə uyğunlaşıb və peşəkar kadrlar azdır və öz şirkətlərində yerlərini tapıblar. SMM şirkəti daxilində çalışan layihə menecerləri 500-800 manat arası əməkhaqqı almasına baxmayaraq şirkətlərin daxili komandasında layihə idarə edən şəxslər 1000-2000 manat əməkhaqqı ilə ayı başa vururlar.

Fotoqraf

Demək olar ki, bu vəzifə də şirkətlərin əsasən daxilində olmamasından agentliklərdə daha çox rast gəlinən vəzifədir. Çəkilişlər əslində bir neçə yerə bölünsə də ümumi nəzərə alıb əməkhaqqı qeyd etmək üçün çalışmışam. Mənim bildiyim fotoqrafların ortalama maaşları 600-900 manat arası dəyişir.

Videoqraf

Bəzi şirkətlərdə fotoqraf və videoqraf vəzifəsini eyni şəxsin daşıması ilə bərabər bu sahələrdə əməkhaqqı da yaxın rəqəmlərdir. Şirkətin videoqrafları adətən bildiyi proqramlara və iş yükünə görə əməkhaqqı alırlar. Ortalama əmək haqqı düşünsək isə 700-1000 manat qeyd edə bilərik.

Oxuduğunuz üçün təşəkkür edirəm. Düşünürəm ki, bu məlumatların içərisində ortalama qeyd olunduğu üçün bəzi oxuyucularla əməkhaqqılar nisbətən uyğunlaşmaya bilər. Bu halda əməkhaqqınızı və fikirlərinizi rəy bölməsinə qeyd edərək yazıda daha düzgün nəticəyə gəlməmizə yardımçı ola bilərsiniz.

Reklam agentliyində hansı işçilər olmalıdır və onlar nə iş görür? SMM şirkəti nə zaman uğurlu olur?” mövzusunda yazdığım məqaləni oxuyaraq SMM şirkətləri haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

avatar
1 Rəy yazanlar
Elmurad Mammadov Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
Elmurad Mammadov
Qonaq
Elmurad Mammadov

Teşekkürler! Çox Informativ meqaledir👍