Paylaşıldığı tarix:

UX nədir və SEO -da əhəmiyyəti.

UX nədir və SEO -da önəmi.

SEO xüsusi ilə bu günlərdə ölkəmizdə trend mövzular siyahısındadır və demək olar ki hər kəs tərəfindən araşdırılır. UX nədir və SEO üçün əhəmiyyəti haqqında bu məqaləni oxumaqla müəyyən qədər məlumat əldə edəcəksiniz. Bir çoxları bu araşdırmanı üzdən etdiyi üçün sadəcə ümumi bilinən məlumatlara sahib olur və ancaq “açar söz, title, description, backlink” kimi terminləri oxuduqdan sonra bu sahəni bildiyini zənn edir.

  1. Alqoritmlər sürətlə yenilənir və hər yenilənmədə dəyərləndirməyə müxtəlif faktorlar əlavə edilir. Panda, Penguin, Hummingbird bu alqoritmlərdən bəziləridir. Hər biri ayrılıqda hər hansı bir yeniliyi (məsələn Panda dolğun məzmuna önəm verir və dublicate content olduqda cəzalandırır) ifadə edir və əsas dəyərləndirmə meyarı olaraq istifadə edir.
  2. Bu sahədə bilməli olduğunuz və alqoritmlərin diqqətə aldığı əsas mövzulardan biri də UX-dir. UX sadəcə veb dizaynerlərin bilməli olduğu bir sahə deyil. Veb strukturu, istifadəçinin vebdə rahat və qısa yoldan istədiyini tapması, analiz tələb edən və xüsusən e commerce saytlarda çox önəm verilən bir mövzudur.

UX nədir və SEO üçün əhəmiyyəti (user experience) İstifadəçi Təcrübəsi nədir?

“İstifadəçi təcrübəsi axtarış sorğusunu bir axtarış motoruna göndərməklə başlayır”

UX necə görünməsindən daha çox necə hiss etdirməsi və istifadəçiyə maksimum istifadə rahatlığı vermək üzərində çalışır. Nümunə verərək izah edək:

Bir onlayn mağaza təsəvvür edin. İstifadəçi interfeysi (Uİ) bir məhsul tapmaq üçün əla ola bilər, veb sayta daxil olduqda rəngləri bəyənə bilərsiniz. Ancaq məhsul axtarış yeri, qiymət və s. görə filtrləmə, səbət səhifəsi yaxud qeydiyyatdan keçmək üçün lazım olan hissələr asan tapılan deyilsə istifadəçi çox vaxt itirmədən geri qayıdacaq və yüksək ehtimalla bir daha eyni platformaya daxil olmaq istəməyəcək. Bugünün dünyasında hər bir istifadəçi üçün hər şey sürətli və asan quruluşda olmalıdır.

Belə olmadığı halda veb sayta daxil olan istifadəçilər saytınızdan tezliklə geri qayıdacaq və bu saytınızın bounce rate faizini artıracaq. Bounce Rate faizinin yüksəldiyini (yəni uyğun açar sözdən veb saytınızı tapıb gələn ancaq qısa müddət ərzində geri qayıdan istifadəçilər) görən Google alqoritmləri, sizin bu axtarışa uyğun gəlmədiyinizi düşünərək alt sıralara endirəcək. Üst sıralara isə digər faktorlarla birgə həm də istifadəçi rahatlığına önəm verən veb saytları yüksələcək.

Bounce Rate factor olaraq önəmini SEMrush tərəfindən olunan bu araşdırmadan görmək mümkündür

Bundan əlavə

Mobil versiyaya önəm verin: Unutmayın ki artıq bu gün istifadəçilərin böyük hissəsi axtarışlarını mobil cihazlardan edir və bu cihazlardan olunan araşdırmaların daha çox satış gətirdiyi müəyyən edilmişdir. Bu səbəbdən veb saytınızın mobil versiyasını test edin və istifadəyə nə dərəcədə yararlı olub olmadığını mütəmadi yoxlayın. Buttonlar arasındaki məsafəni düzgün seçin. Google standartlarında klikləmə hədəfi üçün 48 piksek ölçü standart hesab edilir.

Sayt daxili naviqasiyanın rahat olmasına diqqət edin. Özünüz bir istifadəçi olaraq veb saytı test edin və saytın müxtəlif hissələrində gəzinin. Məhsul şəkilləri və iconların ölçülərinə diqqət edin, bu ölçülər mobildən olan daxil olmalarda klik yaxud məhsulu ətraflı incələməyə mane olursa, dəyişiklik edin.

Son olaraq məhsul yaxud xidmət haqqında məlumatı ətraflı yazın. Unutmayın, Google dolğun məzmun və istifadəçi rahatlığına hər zaman dəyər verir. Siz Google üçün lazımi standartları yerinə yetirdikdən sonra mükafatınız olan gəliri əldə etməyə başlayacaqsınız.

Oxuduğunuz üçün təşəkkürlər. Saytların SEO optimizasiyası haqqında oxuyun. Daim saytınızı inkişaf etdirin.

avatar
  Abunə ol  
Bildirişlərə